SON XƏBƏRLƏR

İraqda qan su yerini axıb

2021.10.20, 07:36
İraqda qan su yerini axıb

Gunaz.tv

GünAzTv: Hücumda ölənlərin sayı 52-yə çatıb. Ölənlərdən beşinin terrorçu olduğu bildirilib. Onlarla insan isə yaralanıb.

İraqın paytaxtı Bağdadda "Əl Qaidə"yə bağlı bir qrup kilsəyə hücum edib. Kilsədə ayində olan 120 nəfəri girov götürən terrorçular polisin əməliyyat başlamasıyla birlikdə əməliyyat başladıblar. Hücumda ölənlərin sayı 52-yə çatıb. Ölənlərdən beşinin terrorçu olduğu bildirilib. Onlarla insan isə yaralanıb.

İraq polisinin açıqlamasına görə, yanlarında əl bombaları olan silahlıların üzərində partlayıcılar olub.

Onlar öncə Bağdad birjasına girməyə çalışıblar və 2 mühafizəçini öldürüblər. Burada istədiklərinə nail olmadıqda isə binanın yaxınlığındakı kilsəyə giriblər.

Terrorçular İraq və Misirdə həbsdə saxlanılan "Əl Qaidə" üzvlərinin 48 saat içərisində azadlığa buraxılmasını tələb ediblər və əks təqdirdə İraqdakı bütün xristianları öldürəcəklərini bildiriblər. Qrupun internet saytında Misirdə müsəlman qadınların kilsələrdə girov saxlandığı iddia edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar