SON XƏBƏRLƏR

ETTELAAT əməkdaşları azərbaycanlı məhbusun həyat yoldaşını təhdid ediblər

2021.10.20, 07:36
ETTELAAT əməkdaşları azərbaycanlı məhbusun həyat yoldaşını təhdid ediblər

Gunaz.tv

GünAzTv: Təbriz ETTELAATının (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları hazırda həbsdə saxlanılan milli-mədəni fəal Doktor Lətif Həsənin həyat yoldaşını təhdid ediblər.

 

Onlar xanım Əzəm Piri ilə telefon əlaqəsi saxlayaraq ona qarşı təhqiramiz ifadələr işlədib və xanım Pirini təhid ediblər ki, əgər həyat yoldaşının azad edilməsi ilə bağlı fəaliyyətlərini dayandırmasa onu və məhbusun digər ailə üzvlərini arzuolunmaz aqibət gözləyir.

 

Həmçinin ETTELAAT əməkdaşları Lətif Həsəni məcbur ediblər ki, təcridxanadan həyat yoldaşı ilə telefon bağlantısında ETTELAAT əməkdaşlarının sözlərini təkrar etsin.

 

Qeyd edək ki, xanım Piri həyat yoldaşını qurtarmaq üçün İranın bir sıra səlahiyyətli orqanları o cümlədən Ali Məhkəməsinə müraciət edərək Həsəninin azad edilməsi uğrunda mübarizə aparır. Hərçənd ki bu günə qədər ETTELAATın müdaxiləsi nəticəsində heç bir nəticə əldə edilməyib.

 

Xatırladaq ki, Doltor Lətif Həsəni 2010-cu il may ayının 24-də (xordadın 3-ü) Kərəc şəhərində yaxalanıb və Təbriz ETTELAATına köçürülüb. O hazırda ETTELAATın təknəfərlik kamerasında saxlanılır.

 

Həsəni beynəlxalq hüquq üzrə Doktordur. O ali təhsil müəssisələrində və Kərəcin orta məktəblərində dərs deyir. Həsənli son illərdə dəfələrcə Tehran və Kərəc ETTELAATına çağrılıb və sorğu-suala tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar