SON XƏBƏRLƏR

Amerikalı diplomatdan Əhmədinejada jest

2021.10.20, 07:36
Amerikalı diplomatdan Əhmədinejada jest

Gunaz.tv

GünAzTv: GünAzTV-nin BBC-yə istinadən məlumatına görə, Krouli ümidvarlıqla bildirib ki,  prezidentin həyatının 55-ci ili İranla dünya arasında özəlliyi ilə qeyd ediləcək.

Ötən ilin sonunda Aşurə günü İranda terror aksiyası baş vermişdi. Onda Tehran hakimiyyəti baş vermiş etiraz aksiyasında xaricilərin əli olduğunu bəyan etmişdi.  İran prezidenti Mahmud Əhmədinejad rejimə qarşı keçirlən tədbirlərə görə İsrail və ABŞ-ın  (Amerika Birləşmiş Ştatları) məsuliyyət daşıdığını bildirmişdi.

İranın təlükəsizlik orqanları bu olayı bəyan edərək, prezident seçkisindən sonrakı müxalifətin yenidən aksiya keçirməsinə imkan verməycəklərini və 2009-cu il dekbarın 27-də tutulanlar arasında xarici ölkələrin vətəndaşları olduğunu bildirmişdilər.

İranın xarici işlər naziri Mənuçehr Müttəki isə ölkədə baş vermiş «çaxnaşmaların araxasınada Britaniyanın durduğunu, bu fəaliyyətinə görə, rəsmi «Londonun dişləri qırılacaq»ını demişdi. .

Ayətulla Xamneyi isə müxalifəti «Alahın düşmənləri» adlandırmışdı.

Bu qarışıqlıqda İran Futbol Federasiyası İsrarildəki həmkarlarını yeni il münasibəti ilə təbrik etmişdi. İdman üzrə iranlı məmur bildirmişdi ki, İsrail Futbol Federasiyasının elektron ünvanına məktub səhvən gedib. Bununla belə onlar təbrikə görə, iranlı həmkarlarına cavab göndərdiklərini və İran xalqına xoşbəxtlik arzuladıqlarını bildirmişdilər.

Xatırladaq ki, baş vermiş olaya görə, İran Futbol Federasiyası məsullarından biri istefa verdiyi haqda o zaman xəbərlər yayılmışdı.Həmin şəxsin adı bu günə qədər açılmayıb. 

İsrail - İslam Respublikası münasibəti ötən bir il ərzində düzəlmədiyi kimi ABŞ-la da İran arsında əlaqə hələ bərpa olunmayıb. Tehran ötən 30 ildə olduğu kimi yenə də rəsmi Vaşiqtona qarşı düşmən mövqeydə qalmaqdadır.

Bununla belə bəzi hallarda tərəflərdən biri-birinə xoş məramlı jestlər edilir.

Ötən gün isə ABŞ Dövlət Departamentinin təmsilçisi Filipp Krouli İran prezidenti Mahmud Əhmədinejada 55 illiyi münasibəti ilə təbrik məktubu göndərib.

GünAzTV-nin BBC-yə istinadən məlumatına görə, Krouli ümidvarlıqla bildirib ki,  prezidentin həyatının 55-ci ili İranla dünya arasında özəlliyi ilə qeyd ediləcək. Sədrəddin Soltan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar