SON XƏBƏRLƏR

Azərbaycanla Ukrayna birgə helikopter istehsal edəcək

2021.10.20, 07:36
Azərbaycanla Ukrayna birgə helikopter istehsal edəcək

Gunaz.tv

GünAzTv: Azərbaycanla Ukrayna birgə helikopter istehsal edəcək. bunu Ukraynanın baş naziri Nikolay Azarov bildirib.

Onun sözlərinə görə, layihə Azərbaycan prezidenti İlham Əliyevin Kiyevə səfəri zamanı müzakirə olunub: “Mən bu haqda öz fikrimi İlham Əliyevlə bölüşdüm. İlham Əliyev isə cavabında bu layihənin gözəl bir fikir olduğunu bildirdi. Qeyd etdi ki, bu cür təklifə vəsait yatırmaq mümkündür”. Bu barədə SİA xarici mətbuata istinadən xəbər yayıb.

Ukraynanın baş naziri eyni zamanda bildirib ki, prezidentlər bu layihə ilə bağlı ortaq məxrəcə gəlinməsi üçün baş nazirlərə xüsusi tapşırıq veriblər.

Qeyd edək ki, hazırda Ukraynanın sənaye nazirliyi ümumi məbləğı 300 mln ABŞ (Amerika Birləşmiş Ştatları) dolları dəyərində olan layihə üzərində işləyir. Layihəyə əsasən üç il ərzində 100 helikopter istehsalı nəzərdə tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar