SON XƏBƏRLƏR

Davudoğlu uyğur türklərinə dəstək sözü verib

2021.10.20, 07:36
Davudoğlu uyğur türklərinə dəstək sözü verib

Gunaz.tv

GünAzTv: Çində səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu proqramının ikinci günündə uyğur türklərinin yaşadığı, Sincan Uyğur Muxtar Vilayətinin paytaxtı Urumçini ziyarət edib.

 

Urumçudə vəziyyət sakit olsa da, uyğurlar sabitlik üçün Türkiyənin dəstəyini gözlədiklərini bildiriblər.

 

Xarici işlər naziri Əhməd Davudoğlu Urumçu valisi Nur Bəkri ilə görüşündə uyğurlara dəstək sözü verib. Nazir həmçinin Urumçi valisini dekabr ayında Konyada keçiriləcək Şəb-i Aruz törənlərinə dəvət edib.

 

Davudoğlu Türkiyənin inkişaf edən xarici siyasətindən bəhs edərkən Çin ilə Türkiyə arasında inkişaf edən yaxşı əlaqələrin uyğurlara da müsbət təsir edəcəyini söyləyib.

 

Xarici işlər naziri Urumçinin iqtisadi inkişaf bölgəsi ilə Uyğur Tarix Muzeyini də gəzib. TRT

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar