SON XƏBƏRLƏR

Avropa Birliyi İrana qarşı yeni sanksiyaları təsdiqləyib

2021.10.20, 07:36
Avropa Birliyi İrana qarşı yeni sanksiyaları təsdiqləyib

Gunaz.tv

GünAzTv: İrana nüvə müzakirələri ilə bağlı təzyiq elementi kimi qəbul edilən sanksiyalar Avropa Birliyinə qanuniləşdi.  

Avropa Birliyi sammitindən əvvəl Brüsseldə bir araya gələn xarici işlər nazirləri İrana yönəlik yeni və daha sərt saknsiyaları təsdiq edib. Bu sanksiyalarla neft və təbii qaz istehsalı ilə bağlı avadanlıq və texnologiyaların satışı qadağan edilir.

Ancaq AB ölkələri sanksiyaları tətbiq edərkən öz maraqlarını da nəzərə alıb. Azərbaycanın "Şahdəniz" layihəsi bu sanksiyalardan kənarda tutulub. Qeyd edək ki, bu layihədə İran dövlətinə aid bir şirkət də iştirak edir.

GünAzTv mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Tehran isə Avropa Birliyinə yeni müzakirələr üçün tarix verib. Ayın əvvəlində 5+1 ölkələri ilə oktyabrın sonu və ya noyabrın əvvəlində müzakirələrə hazır olduğunu açıqlayan İran yeni bir məktubla noyabrın 10-dan etibarən danışıqlara yenidən başlaya biləcəyini elan edib.

AB-nin xarici siyasət komissarı Ketrin Aşton İranın tarixi konkretləşdirməsini əhəmiyyətli addım kimi dəyərləndirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar