SON XƏBƏRLƏR

Daha bir azərbaycanlı fəal həbs edildi

2021.10.20, 07:36
Daha bir azərbaycanlı fəal həbs edildi

Gunaz.tv

GünAzTv: Azərbaycanın milli hüquqları uğrunda dinc fəaliyyət göstərən Qulam Nəcəfi, haqqında çıxarılmış məhkəmə hökmünün icrası üçün Təbriz zindanına yollanılıb.

 

Qulam Nəcəfi oktyabr ayının 23-də (Aban ayının 1-i) İnqilab məhkəməsinə çağrılaraq Təbriz zindanına aparılıb.

 

Adını çəkdiyimiz azərbaycanlı fəal 2008-ci il iyul ayının 5-də (1387-ci il tir ayının 15-i) Təbrizdə öz mağazasında yaxalanıb və ETTELAATa (İran Kəşfiyyat Nazirliyi) aparılmışdı.

 

O ETTELAAT təcridxanasında 30 gün sorğu-suala tulutub, işgəncə edilib və təknəfərlik kamerada saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdı.

 

Təbrizin İnqilab Məhkəməsi adını çəkdiyimiz fəalı “Azərbaycanın may (xordad) hadisələrinə baxış” özəl dərginin nəşri və yayımında iştirak etməklə sistemin əleyhinə təbliğdə ittiham edib və onun haqqında 1 il həbs cəzası (3 ay həbs və 9 ay şərti həbs) dair hökm çıxarıb.

 

Təbii ki qanuni bir dərginin yayımlanması barədə qaneedici bir sənədin olmadığı halda məhkəmənin belə bir qərar çıxarması Qulaminin etirazına səbəb olmuşdu. Ancaq buna baxmayaraq Apelyasiya Məhkəməsi (Dadgahe Təcdide Nəzər) çıxarılmış məhkəmə hökmünü təsdiqləyib və 1 il həbs cəzasına qüvvədə saxlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar