SON XƏBƏRLƏR

Qardaş Türkiyənin Cümhuriyyət bayramı Azərbaycanda böyük coşqu ilə qeyd olundu

2021.10.20, 07:36
Qardaş Türkiyənin Cümhuriyyət bayramı Azərbaycanda böyük coşqu ilə qeyd olundu

Gunaz.tv

GünAzTv: Türkiyədə böyük coşqu ilə keçirilən Cümhuriyyət bayramı Azərbaycanda da eyni coşqu və səmimiyyətlə qeyd olundu.

Dünən Türkiyə Cümhuriyyətinin 87-ci ildönümü münasibətilə qardaş ölkənin Azərbaycandakı səfirliyi “Gülüstan” sarayında rəsmi ziyafət verdi. Yüzlərlə insanın, o cümlədən Baş nazirin müavini Abid Şərifov, Prezident Aparatının şöbə müdirləri, ayrı-ayrı nazirliklərin yüksək vəzifəli şəxsləri, millət vəkilləri, eləcə də ziyalılar, siyasi xadimlər və sənət adamlarının qatıldığı tədbirdə Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmazlığı xüsusilə vurğulandı.

Hər iki ölkənin himnlərinin oxunması ilə başlayan tədbirdə səfir Hulusi Kılıç ötən illər ərzində Türkiyənin xeyli gücləndiyini, regionun və dünyanın önəmli bir ölkəsinə çevrildiyini bildirdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar