SON XƏBƏRLƏR

Soçidə Qulağı kəsik Andranikə qulaqlı heykəl qoyulacaq

2021.10.20, 07:36
Soçidə Qulağı kəsik Andranikə qulaqlı heykəl qoyulacaq

Gunaz.tv

GünAzTv: 1927-ci ildə dünyasını dəyişən erməni terrorçusu Andranikin qismən olsa da arzusu reallaşır. Söhbət ermənilərdən yox, behişti bilinməyənin şəxsi həyatından gedir.

Çünki Andranikin heykəli qoyulan zaman qulağı yəqin ki, yerində olacaq. Şəkildə göründüyü kimi, sağ qulağının yoxluğu Andranikdə kompleks yaratdığı üçün axtarış zamanı rəsmlərində onun sağ qulağını gizlətdiyinin şahidi olduq. Daha heykəli qurulanda onun qulağını gizlətməyə ehtiyac olmayacaq.

Belə ki, Rusiyanın Soçi şəhərində erməni quldur dəstəsinin rəhbəri Andranik Ozanyana heykəl qoyulacaq. heykəl Soçinin Lazaraev rayonunda yerləşdiriləcək. bu barədə SİA erməni mətbuatına istinadən xəbər yayıb.

Ötən əsrin əvvəllərində Türkiyə və Azərbaycanda çoxsaylı cinayətlər törətmiş Andranikin abidəsinin qoyulması təşəbbüsü 1915-1923-cü illərdə Türkiyəni tərk edən ermənilər hazırda Soçidə yaşayan şəxslər tərəfindən irəli sürülüb.

Heykəlin müəllifi Ermənistanın xalq rəssamı Marat Minasyandır. Heykəlin hündürlüyü dörd metr, çəkisi bir neçə tondur. Maraqlı olan isə rəssamın Andranikin qulağının hansı formada yaradacağıdır. Çünki Osmanlı ordusunun generalı erməni Andranikin qulağını kəsib.

Qeyd edək ki, Andranik Ozanyan 1865-ci ildə Türkiyənin Qarahisar bölgəsində anadan olub. 1912-1914-cü illərdə Balkan müharibəsində dinc türk əhalisinə işgəncələr edib. 1914-1915-ci illərdə Türkiyəyə gəlib və türklərə qarşı döyüşüb. O, 1927-ci ildə ABŞ-da (Amerika Birləşmiş Ştatları) ölüb. Onun sümükləri 2000-ci ildə Ermənistana gətirilib və İrəvanda basdırılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar