SON XƏBƏRLƏR

İrəvan Həştərxan bəyanatının şərtlərini icra etməyə hazır olduğunu deyir

2021.10.20, 07:36
İrəvan Həştərxan bəyanatının şərtlərini icra etməyə hazır olduğunu deyir

Gunaz.tv

GünAzTv: Ermənistan tərəfi Həştərxan bəyanatının şərtlərini yerinə yetirməyə hazırdır. Bunu erməni kütləvi informasiya vasitələri Beynəlxalq Qızıl Xaç Komitəsinin erməni ofisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Aşot Astabatyana istinadən yayıb. O deyib ki, hazırda Ermənistanda 2 azərbaycanlı hərbi əsir və 1 mülki şəxs, Azərbaycanda isə 6 erməni hərbi əsir və 5 nəfərdən ibarət bir ailə var. O cümlədən hər iki tərəfdə üç meyit var. Astabatyanın sözlərinə görə, tərəflərin vaxtı və məkanı təyin edəcəyi təqdirdə komitə öz statusundan istifadə edərək prosesi həyata keçirəcək. Proses isə hələ ki, başlanğıc mərhələdədir və erməni tərəfi bəyanatın yerinə yetirilməsi üçün əlindən gələni edəcək. Xatırladaq ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisi də prezidentlərin imzaladığı bəyanatla bağlı açıqlama verib. Qurumun yayım şöbəsinin rəhbəri İlahə Hüseynova ANS-ə bildirib ki, hər iki tərəf - Ermənistan və Azərbaycana hərbi əsir, girov və meyitlərin qaytarılmasında vasitəçilik etməyə hazırdır. Bununla bağlı komitəyə rəsmi müraciət daxil olduqda dərhal əməliyyata başlanılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar