SON XƏBƏRLƏR

Türkiyənin siyasi partiya lideri Tuna Bəkləviç Ermənistanda həbs edilib

2021.10.20, 07:36
Türkiyənin siyasi partiya lideri Tuna Bəkləviç Ermənistanda həbs edilib

Gunaz.tv

GünAzTv: Ermənistana səfər edən “Güclü Türkiyə” Partiyasının lideri Tuna Bəkləviç (Tuna Bekleviç) bu ölkə xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.APA-nın “Armenia today” xəbər portalına istinadən verdiyi məlumata görə, T. Bəkləviç dünən İrəvanda keçirdiyi mətbuat konfransında dərhal sonra tutulub. Ermənistan hüquq-mühafizə orqanları bu xəbəri nə təsdiq, nə də təkzib ediblər. T. Bəkləviçin müşaviri Murad Aksu da Türkiyə xəbər agentliklərinə açıqlamasında partiya liderinin Ermənistanda saxlanıldığını və onun taleyindən xəbər ala bilmədiklərini söyləyib. Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında imzalanan Sürix protokollarının ildönümündə - oktyabrın 10-da iki ölkə sərhədindəki Arpaçayı keçərək Ermənistana gedən T. Bəkləviç oktyabrın 28-də yenidən bu ölkəyə səfər edib. Onu da əlavə edək ki, “Güclü Türkiyə” Partiyası Türkiyə daxilində tanınmayan və nüfuzu olmayan xırda partiyalardan biridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar