SON XƏBƏRLƏR

İranda istehsal edilən benzin xərçəng xəstəliyinə səbəb olur

2021.10.20, 07:36
İranda istehsal edilən benzin xərçəng xəstəliyinə səbəb olur

Gunaz.tv

GünAzTv: İran parlamentinin deputatı Əsgər Cəlaliyan internetdə yerləşdirdiyi yazıda ölkədə standartlara uyğun olmayan benzin istehsal edildiyini və bunun xərçəng xəstəliyinə (Sərətan) yol açdığını vurğulayıb.

 

GünAzTv mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə,  Əsgər Cəlaliyan deyib: “Qərb İrana benzin satışına məhdudiyyətlər qoyandan sonra hökumət benzin qıtlığını ortadan qaldırmaq üçün mövcud neftayırma zavodlarının funksiyasını dəyişib qeyri- standart benzin istehsal etməyə baş vurub. Bunun əvəzinə yeni neftayırma zavodlarının istehsalına sərmayə qoymaq barədə düşünmək lazımdır. Hazırda neftayırma zavodlarında istehsal olunan benzin xərçəng xəstəliyinə yol açır. Bunun nəticəsi çox ağır olacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar