SON XƏBƏRLƏR

Prezidentlər humanitar xarakterli Bəyannamə imzaladılar

2021.10.20, 07:36
Prezidentlər humanitar xarakterli Bəyannamə imzaladılar

Gunaz.tv

GünAzTv: Oktyabrın 27-də Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedyev və Serj Sərkisyanın görüşü olub.

Xatırladaq ki, görüş Rusiya prezidenti Dmitri Medvedyevin təşəbbüsü ilə keçirilib. Görüşdə prezidentlər birgə Bəyannamə imzalayıblar. D. Medvedev Bəyannamənin humanitar xarakterli olduğunu açıqlayıb: “Bu qərar Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ məsələsi ilə bağlı mövcud olan müxtəlif çətinliklərin aradan qaldırılması baxımından çox vacibdir. Söhbət ləngimədən hərbi əsirlərin dəyişdirilməsi və ölənlərin meyitlərinin qaytarılması üçün etimadın artırılmasına yönəlmiş xüsusi Bəyannamədən gedir”.“Azərbaycan və Ermənistan ATƏT-in dekabrın əvvəlində keçiriləcək zirvə toplantısına qədər Dağlıq Qarabağ münaqişəsinin həlli prinsiplərinə dair razılığa gələ bilər”.“RİA Novosti”nin verdiyi məlumata görə, bunu prezidentlərin Həştərxandakı üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında Rusiya prezidenti Dmitri Medvedev deyib. O, görüşdə bu mövzunu müzakirə etdiklərini bildirib: “Hazırda sonradan sülh müqaviləsinin əsasını təşkil edəcək prinsiplərlə bağlı məsələlər açıq qalır. Buna baxmayaraq, biz müəyyən yol qət etmişik və bu, ümid etməyə əsas verir ki, tərəflər noyabr ayında yaxşı işləsələr – biz xarici işlər nazirlərinə belə bir təlimat verəcəyik - dekabrın 1-2-də ATƏT-in Qazaxıstanda keçiriləcək sammitinə qədər ümumi həll prinsiplərinə dair razılaşdırılmış variant əldə edilə bilər”.D. Medvedev qeyd edib ki, hələ kifayət qədər razılaşdırılmamış məsələ var, lakin tərəflər fikir ayrılıqları ilə bağlı razılığa gəlməyə can atır: “Rusiya səylərini davam etdirəcək. Mən hesab edirəm ki, nəticə əldə oluna bilər və bu, müəyyən nikbinlik yaradır”.Görüşdən sonra verilən rəsmi məlumatda bildirilir ki, bu, qeyd edilən formatda bu il keçirilmiş sayca üçüncü, ümumilikdə isə yeddinci görüşdür. Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iştirakı ilə ilk belə görüş 2008-ci ilin noyabrında keçirilib və görüşdən sonra birgə bəyannamə imzalanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar