SON XƏBƏRLƏR

Tikantəpə şəhərində türk tələbələri ilə mühacir kürd tələbələri arasında kütləvi DAVA düşüb

2021.10.20, 07:36
Tikantəpə şəhərində türk tələbələri ilə mühacir kürd tələbələri arasında kütləvi DAVA düşüb

Gunaz.tv

GünAzTv: Kütləvi davada hər iki tərəfdən çoxlu tələbə yaralanıb. Onlar hazırda xəstəxanaya yerləşdirilib. Dava polisin müdaxiləsi ilə sona çatıb.

 

GünAzTv mətbuat mərkəzinin “Araz News”-a istinadən yaydığı məlumata görə, Güney Azərbaycanın Tikan təpə şəhərinin İmam adlı Orta Məktəbində yerli türk tələbələri ilə mühacir kürd tələbələri arasında kütləvi dava düşüb.

 

Kütləvi dava bir türk tələbəsinin bir qrup kürd tələbəsinin tərəfindən döyülməsi ilə başlayıb. Bu səhnəni görəm türk tələbələri hiddətlənərək öz soydaşlarına yardım etmək qərarına gəliblər. Dava getdikcə genişlənərək bütün məktəbi türk-kürdə bölüb və geniş kütləvi dava ilə nəticələnib.

 

Kütləvi davada hər iki tərəfdən çoxlu tələbə yaralanıb. Onlar hazırda xəstəxanaya yerləşdirilib.

Məktəb məsulları davanın vüsətini görüncə müdaxilə etməyə cəsarət etməyiblər.

 

Son məqamda polisin müdaxiləsi ilə sona çatan kütləvi dava son illərdə mühacirlərlə yerli əhalinin ən geniş miqyaslı kütləvi qarşıdurmalarından biri sayılır.

 

Analoji dava bir neçə ay öncə futbol yarışı zamanı stadyomda (stadion)  olmuşdu. Bu davada da yaralan və xəsarət alanlar olmuşdu və dava polisin müdaxiləsi ilə sona çatmışdı.

 

Diqqətə layiq məqam ondan ibarətdir ki, İran rejimi Azərbaycanın demoqrafik tərkibini dəyişmək məqsədi ilə kürdləri Azərbaycana yerləşdirir. PKK Terror təşkilatının göstərdiyi strategiyaya əsasən Azərbaycan torpaqlarını mühacirət yolu ilə işğal etmək istəyən radikal kürd millətçiləri şüurlu şəkildə Azərbaycana mühacirət edib və İranın müvafiq siyasətinin sayəsində getdikcə aqresivləşərək mühiti türk soylu əhaliyə daraldmağa çalışırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar