SON XƏBƏRLƏR

İranın Moskvadakı səfiri: “Rusiya ilə ciddi ixtilafımız var”

2021.10.20, 07:36
İranın Moskvadakı səfiri: “Rusiya ilə ciddi ixtilafımız var”

Gunaz.tv

GünAzTv: İranın Moskvadakı səfiri Seyid Rza Səccadi Rusiyanın İranın nüvə proqramına münasibətdə yürütdüyü siyasəti kəskin tənqid edib.GünAzTv mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə,  oktyabrın 25-də jurnalistlərə açıqlamasında səfir deyib ki, Rusiya bu məsələdə Qərbin İran əleyhinə təbliğatının təsiri altına düşüb: “Nüvə məsələsində bizim Rusiya ilə ciddi və əsaslı ixtilafımız var. Təəssüflər olsun ki, Rusiya İranın nüvə fəaliyyətinə münasibətdə səhvə yol verərək Qərbin İrana qarşı təbliğatının təsiri altına düşdü. Nəticədə Rusiyada bizim nüvə fəaliyyətimizin dinc xarakter daşımadığı barədə şübhələr yarandı və Rusiya bizdən aralandı. Bu gün biz terrorizmin Qafqazda yayılmasının qarşısını alan və narkotik maddələrin Rusiya ərazisinə daxil olmasına mane olan möhkəm səddik. Rusiyanın bizdən uzaqlaşması onun marağına uyğun deyil”.Moskvanın Tehranla bağladığı müqavilələri pozduğunu vurğulayan Seyid Rza Səcadi Rusiyanı dolayı yolla beynəlxalq məhkəmə ilə hədələyib: “Düzdür, ruslarla bağladığımız müqavilələrdə razılaşmaların pozulması məsələsi də nəzərdə tutulub. Lakin biz ya danışıqlar yolu ilə bu haqda bir sıra qərarlar qəbul etməliyik, ya da müqaviləyə əsasən öz hüququmuzu qorumaq üçün beynəlxalq məhkəmələrə müraciət edib şikayət veməliyik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar