SON XƏBƏRLƏR

Klinton İranın gizli nüvə fəaliyyətlərindən narahat olduqlarını bildirib

2021.10.20, 07:36
Klinton İranın gizli nüvə fəaliyyətlərindən narahat olduqlarını bildirib

Gunaz.tv

GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları) dövlәt katibi Hillari Klinton İranın gizli nüvә silahı proqramını genişlәndirmәsindәn narahat olduqlarını bildirib.

GünAzTv mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Rusların İranda inşa etdiyi Buşehr nüvә stansiyası ilә bağlı heç bir problemin olmadığını deyәn Hillari Klinton qeyd edib ki, bizim problemimiz Natanz, Qum kimi yerlәrdә silah istehsalını hәyata keçirdiklәrinә inandığımız yerlәr ilә bağlıdır.

Klinton bәyan edib ki, İran nüvә silahı istehsal etmә haqqına deyil, yalnız dinc mәqsәdlәr üçün nüvә gücünә sahib olmaq haqqına malikdir.

ABŞ dövlәt katibi, İranın BMT-nin Tәhlükәsizlik Şurasının daimi üzvlәri ilә yenidәn müzakirәlәrә başlayacağına ümidvar olduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar