Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
GünAzTv: Amerikanın “Minilliyin çağırışları” proqramının idarə heyəti Ermənistanda yol tikintisi üçün ayrılması nəzərdə tutulan 68 milyon dolların büdcəyə geri qaytarılmasına dair qərar verib.
Birləşmiş Ştatlarda ifşa olunan erməni mafiyasının törətdiyi cinayət faktı bu ölkəyə qarşı münasibətin əməlli-başlı dəyişməsinə səbəb olub. Xüsusən də ermənilərdən ibarət cinayətkar qruplaşmanın rəsmi Yerevanla əlaqələrinin ortaya çıxması artıq özünün ilkin əlamətlərini göstərib. Məsələn, Ermənistanın müxalifətdə olan “Aykakan Jamanax” qəzetinin yazdığına görə, Amerikanın “Minilliyin çağırışları” proqramının idarə heyəti Ermənistanda yol tikintisi üçün ayrılması nəzərdə tutulan 68 milyon dolların büdcəyə geri qaytarılmasına dair qərar verib. Qərarın yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir. Bildirilir ki, korporasiya hələ ötən ilin iyun ayında Ermənistanda ədalətli idarəçiliyin mövcud olmamasını əsas gətirərək bu ölkədə yol tikintisi layihəsinin maliyyələşdirilməsini təxirə salıb. Ədalətli idarəçilik “Minilliyin çağırışları” proqramından maliyyə dəstəyi almaq üçün əsas kriteriyalardan biridir. Məlumata görə, həmin vaxtdan Ermənistan üçün gözləmə rejimi seçilib. Başqa sözlə, ABŞ bir il müddətində Ermənistanın idarəçilik sahəsində hansı islahatları aparacağını izləməyə qərar verib. Əgər bu istiqamətdə müsbət irəliləyişlər olsaydı, o zaman korporasiya bu ilin sonunadək Ermənistan üçün nəzərdə tutulmuş 68 milyon dolları ayırmalı idi. Lakin “Minilliyin çağırışları” korporasiyasının idarə heyətindəki mənbədən qəzetə məlum olub ki, yol tikintisi layihəsinin maliyyələşdirilməsi dayandırılıb və göstərilən məbləğ Amerika büdcəsinə qaytarılacaq. Mənbə bildirib ki, belə qərarın verilməsi Amerikada ifşa edilən erməni cinayətkar qruplaşmasının Ermənistanla əlaqələridir. Ermənistanın özündə isə qalmaqal səngimək bilmir. Ermənistan prezidenti Serj Sarkisyanın qardaşı, deputat Saşik Sarkisyana onun “qanuni oğru” Armen Kazaryanla (“Pzo”) mümkün əlaqələrinə dair sual verməyə cəhd göstərilib. Sarkisyan isə sualı eşidən kimi ayaqyoluna getdiyini bildirib. Jurnalist isə Sarkisyanın tualetdən çıxmasını gözləməyə qərar verib. Çıxışda jurnalisti görən prezidentin qardaşı əsəbi şəkildə qışqırıb: “Mən ayaqyoluna gedirəm, mənimlə getmək istəyirsən?” Daha sonra jurnalisti söyərək, ümumiyyətlə, parlamentin binasını tərk edib. Nəşrin qeyd etdiyinə görə, insidentin şahidi olan Sarkisyanın həmkarları isə belə deyiblər: “Bunların üzərində nə qədər işləyirsən işlə, fərqi yoxdur, yenə də “PAZ” sürücüsü olaraq qalacaqlar”. “Belə çıxır ki, erməni deputatlarda, xüsusilə də respublikaçılarda yeni ənənə yaranıb - əgər sual xoşlarına gəlmirsə, onlar ayaqyolunda gizlənməyə üstünlük verirlər və mahiyyət etibarı ilə iş vaxtlarının böyük hissəsini orada keçirirlər. Elə bu yaxınlarda vitse-spiker Samvel Nikoyan “Qraparak” qəzetinin jurnalistini ayaqyoluna dəvət edərək, ona orada müsahibə götürməsini təklif etmişdi” - deyə nəşr qeyd edir. Bununla yanaşı, qəzetin məlumatına görə, Saşik Sarkisyan hazırda mütəmadi şəkildə ingilis dilini öyrənməyə başlayıb. “Görünür, o, artıq “Pzo”nun işi üzrə ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən sorğulanacağını bilir və bu səbəbdən də fəal şəkildə buna hazırlaşır” - deyə qəzet qeyd edib.Ermənilərdən ibarət mütəşəkkil cinayətkar qrupun ABŞ-da külli miqdarda pul mənimsəməsi və ölkənin büdcəsinə ciddi ziyan vurması dünya mətbuatında, o cümlədən Fransanın kütləvi informasiya vasitələrində əsas mövzuya çevrilib və böyük hay-küyə səbəb olub. Hətta iş o yerə çatıb ki, erməni lobbisinin hesabına Parisdə gündəlik nəşr olunan və bu ölkədə ermənilərin aparıcı mətbu orqanı kimi tanınan “Ermənistan xəbərləri“ (“Les Nouvelles d’Armenie») qəzeti də bu məsələyə münasibət bildirməyə məcbur olub. Həmvətənlərinin cinayətkar fəaliyyətindən bəhs edən qəzet yazıb ki, Birləşmiş Ştatlarda çirkin yollarla külli miqdarda mənimsənilmiş pulun bir hissəsinin Ermənistana aparıldığını öyrənmək məqsədilə Federal Təhqiqat Bürosunun (FTB) və bank sektorunun bir qrup əməkdaşından ibarət nümayəndə heyəti Yerevana səfər edib. Nümayəndə heyəti mafiya üzvlərinin Amerikadan çıxardıqları 35 milyon dolların daşınmaz əmlaka yatırılması barədəki faktı və cinayətkar qrupun dövlət rəsmiləri ilə əlaqələrini öyrənməyi qarşılarına məqsəd qoyub. Ermənistan rəsmilərinin ermənilərin dünyada getdikcə aşağı düşən nüfuzuna böyük zərbə olan bu cinayəti ört-basdır etmək cəhdləri baş tutmayıb. Onların cinayətin Ermənistan tərəfindən araşdırılacağını israr etməklə amerikalıları inandırmağa çalışmalarına baxmayaraq, artıq erməniləri yaxşı tanımağa başlamış ABŞ onların bu hiyləgər gedişinə etiraz edib və Yerevana öz nümayəndə heyətini göndərib. Qəzet Yerevana gəlmiş nümayəndə heyətinin, ilk növbədə ABŞ-da uzun müddət fəaliyyət göstərmiş və dövlətə külli miqdarda zərər vurmuş cinayətkar qrupun üzvlərinin Ermənistandakı yerli banklarla əlaqələrini və həmin banklarda hesab açıb-açmadıqlarını təhqiq etməyə başlayıb. FTB əməkdaşları Birləşmiş Ştatlarda oğurlanmış pulların müəyyən bir hissəsinin Ermənistana gətirildiyini müəyyən ediblər. Bu çirkli pulların Ermənistanda hansı məqsədlə yuyulması onlarda şübhələrə əsas verib. Ermənistanın Mərkəzi Bankının oğurluq pullar barədə verdiyi izahata inamsızlıq göstərən amerikalıların özləri bütün banklarda yoxlama aparmağı qərara alıblar. ABŞ polisi ölkədə geniş şəbəkə yaratmış bu cinayətkar dəstə ilə birbaşa əlaqəli şəxsləri də istintaqa cəlb etməyə başlayıb. Tanınmış erməni müğənnisi Tata Simonyanın cinayətkar qrupun bəzi üzvləri ilə sıx əlaqədə olması şübhə doğurub və o, polis tərəfindən həbs edilib. İlkin dindirmədə onun cinayətkar dəstənin həbs olunmuş bir neçə üzvü ilə birbaşa əlaqəsi təsdiq edilib, mafiya rəhbəri “Pzo“ ləqəbli erməninin müğənninin çoxlu sayda qastrol səfərini maliyyələşdirdiyi üzə çıxıb. Erməni mafiyasının ABŞ-da oğurladığı pulların Ermənistana hansı məqsədlə yönəldildiyi, dəstə üzvlərinin ölkə rəsmiləri ilə birbaşa əlaqələri üzə çıxarsa, Dağlıq Qarabağın separatçı rejiminin saxlanılması istiqamətində yuyulduğu təsdiqini taparsa, bu, dünyada daha geniş əks-səda doğura bilər. Erməniləri şoka salan bu hadisənin üstündən bir neçə gün keçməmiş Rusiya Dumasındakı erməni mənşəli deputatın əyri yollarla külli miqdarda dövlət vəsaitini mənimsədiyi, onu gözləyən ağır cəzadan canını qurtarmaq üçün ailəsi ilə birlikdə xaricə qaçması faktı ermənilərin dünyada getdikcə aşağı düşməkdə olan nüfuzuna növbəti zərbə olub və onlara qarşı inamsızlıq yaratmağa başlayıb.Son məlumatlara görə, prezident Serj Sarkisyan beynəlxalq kriminal qalmaqallarla əlaqədar Dövlət Gəlirləri üzrə Komitənin rəhbəri Qaqik Xaçatryanı «qurban» vermək qərarına gəlib. Erməni mətbuatı yazır ki, Sarkisyan Ermənistanın narkotrafik və silah daşınması üçün tranzit ölkəyə çevrilməsinə görə bütün günahları Xaçatryanın üzərinə atmaq istəyir. «Jamanak» qəzeti yazır ki, ABŞ-da həbs edilən Kazaryanla Xaçatryanın münasibətləri mövcud olub. Beş il öncə «Pzo» ləqəbli qanuni oğlu ilə Ermənistan hakimiyyət orqanları arasında münasibətlərin sıx olmadığı vaxt onun həbsi barədə qərar çıxarılır. Kazaryana qarşı izləmə qurğuları tətbiq edilir. Bu işdə Xaçatryanın polisdə işləyən qohumları da iştirak edir. Lakin o zaman Kazaryan qaçıb gizlənə bilir. O, Xaçatryanın evinə gəlir və buradan yoxa çıxır. Kaspi
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko