SON XƏBƏRLƏR

Avropa Birliyindən İrana qarşı yeni sanksiyalar…

2021.10.20, 07:36
Avropa Birliyindən İrana qarşı yeni sanksiyalar…

Gunaz.tv

GünAzTv: Tehran Avropa ölkələrində bank əməliyyatları apara bilməyəcək. Həmçinin İran gəmilərinin AB üzv dövlətlərin ərazi sularında hərəkəti qadağan edildi.

Avropa Birliyi uranın zənginləşdirilməsi proqramını davam etdirən İrana qarşı yeni sanksiyalar qəbul edib. Avropa Birliyinə üzv olan 27 ölkənin xarici işlər nazirləri Lüksemburqda keçirdikləri görüşdə İrana qarşı əlavə sanksiyaları bəyəniblər. bu barədə Lent.az “Reuters” agentliyinə istinadən xəbər yayıb.Sanksiyalar İranın neft-qaz sektoruna investisiya qoyuluşlarının dondurulmasını, bu ölkəyə neft-qaz sənayesi texnologiyalarının satışına qadağa qoyulmasını nəzərdə tutur. Tehranın hərbi məqsədlər üçün istifadə edə biləcəyi malların da bu ölkəyə satışı dayandırılacaq. Avropa Birliyinin üzvləri İslam İnqilabını Müdafiə Korpusunun üzvlərinə məxsus bank hesablarının dondurulmasın, onlara viza məhdudiyyətlərinin tətbiqini də dəstəkləyiblər. İran bankları daha Avropa Birliyi ölkələrində ban əməliyyatları apara bilməyəcək, İranın “İrisil” dəniz yükdaşıma şirkətinin gəmiləri Avropa Birliyi ölkələrinin ərazi sularında hərəkət edə bilməyəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar