SON XƏBƏRLƏR

Tehranda keçirilən Sərgi-Festivalında azərbaycanlılarla ermənilər arasında qalmaqal yaşanıb

2021.10.20, 07:36
Tehranda keçirilən Sərgi-Festivalında azərbaycanlılarla ermənilər arasında qalmaqal yaşanıb

Gunaz.tv

GünAzTv: Tehranda keçirilən XVII Beynəlxalq Mətbuat və İnformasiya Agentlikləri Sərgi-Festivalında Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında qalmaqal baş verib.

Buna səbəb Ermənistana aid stenddə tanıtım nişanı olaraq “Artsax”ın simvolu kimi təqdim olunan Dağlıq Qarabağdakı tarixi abidənin, “Dağlıq Qarabağdakı separatçı rejimin  bayrağının şəkillərinin və xəritəsinin vurulması olub. Azərbaycan nümayəndə heyəti əvvəlcə erməni jurnalistlərdən bu özbaşınalığa son qoymağı tələb edib. Qarşı tərəf tələbi yerinə yetirməkdən imtina etdiyi üçün bu barədə sərginin təşkilatçılarına məlumat verilib. Bu zaman erməni jurnalistlər bildiriblər ki, “Artsax”ın simvolu kimi təqdim olunan Dağlıq Qarabağdakı tarixi abidənin şəklini stendə tədbirin təşkilatçıları vurub. Buna cavab olaraq təşkilatçılar sözügedən şəklin onlara tədbirə hazırlıq prosesi çərçivəsində Ermənistan tərəfindən təqdim olunduğunu bəyan ediblər və dərhal qalmaqala səbəb olan şəkillərin yığışdırılmasına göstəriş veriblər.Türkiyə jurnalistləri Azərbaycanlı həmkarıları ilə həmrəylik nümayiş etdirərək, Ermənistanın özbaşınalığına son qoyulmayacağı təqdirdə azərbaycanlı həmkarları ilə birlikdə sərgidə iştirak etməkdən imtina edəcəklərini bildiriblər.Qeyd edək ki, bir həftə davam edəcək sərgidə 55 ölkədən 175 KİV və 250 qonaq iştirak edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar