SON XƏBƏRLƏR

Londonda mərhum mühəndis Əmaninin ikinci ildönümü mərasimi keçirilib

2021.10.20, 07:36
Londonda mərhum mühəndis Əmaninin ikinci ildönümü mərasimi keçirilib

Gunaz.tv

GünAzTv: Azərbaycanın tanınmış milli fəalı, illərcə İran zindanlarında həbslərə dözmüş mərhum Mühəndis Əmaninin şübhəli ölümündən iki il keçir.

 

Bununla bağlı İran tərəfindən həyata keçirilmiş güclü təhlükəsizlik tədbirləri altında və bütün təzyiqlərə rəğmən Təbrizin Maralan Qəbiristanında Mərhumun və onun qardaşlarının əziz xatirəsi anıldı, ruhuna dualar oxundu.

 

Mərhum Əmaninin vəfatının ikinci ildönümü İngiltərə paytaxtı Londonda da keçirilib.

 

Mərasimdə bir çox azərbaycanlı və tanınmış hərəkat fəalları iştirak edib və bir neçə fəal o cümlədən prof, Doktor Səbri Təbrizi çıxışlar ediblər. Çıxış edənlər mərhum əmaninin azərbaycanımız uğrunda etdiyi fəaliyyətlərdən söz açıb və onun xatirəsini canlandırıblar.

 

Mərasimdə ərəb təşkilatlarını təmsil edən şəxslərdə iştirak ediblər.

 

Tədbirdə şeirlər oxunub, Üzeyir Hacibəyovun repertuarından “Səmsiz” musiqisi səsləndirilib. Sonda isə iştirakçılar tərəfindən milli marş Yaşa-Yaşa Azərbaycan səsləndirilib və mərasim yekunlaşıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar