SON XƏBƏRLƏR

“Traxtur-İstiqlal” müsabiqəsi hansi hadisələrlə yadda qaldı?

2021.10.20, 07:36
“Traxtur-İstiqlal” müsabiqəsi hansi hadisələrlə yadda qaldı?

Gunaz.tv

GünAzTv: Oktyabrın 24-də (Abanın 2-i) Təbrizin səhənd stadyomunda (stadion) “Traxtur”-la Tehranın İstiqlal komandaları arasında keçirilən müsabiqə aşağıdakı olaylarla yadda qaldı.

 

-         Müsabiqə (1 – 1) nəticəsi ilə yekunlaşıb.

-         Müsabiqəni 70000 nəfərdən artıq tamaşaçı izləyib. Tamaşaçılar Azərbaycanın Urmu, Mərənd, Əhər, Binab, Qoşaçay, Miyana, Ərdəbil, Qeydar, Əcəbşer, Xoy, Makı və... kimi müxtəlif bölgələrindən gəliblər.

-         Stadyomun girişi və ətrafında hər zamankı kimi çoxsayılı polis və ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları olub. Onlar “Traxtur” tərəfdarlarından plakatları alıblar və müqavimət göstərənləri yaxalayıb və təhdid ediblər.

-         Azərbaycan Milli Hərəkatının Qırmızı Simgəsi Quvuqlardan (şar) asılı şəkildə stadyomda mütəmadi olaraq nümayiş etdirilib.

-         Bozqurd işarəti 10000-lə “Traxtur” tərəfdarları tərəfindən nümayiş etdirilib.

-         Birinci təbəqə tamaşaçılarla dolsada ikinci təbəqə təşkilatçılar tərəfindən açılmayıb.

-         Stadyomda bu kimi şüarlar səsləndirilib: “Türklərin iftixarı – Traxtur Traxtur”, “Yaşasın Azərbaycan”, “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Azərbaycan yurdumuz – Traxtur bozqurdumuz”, “İran federasyonu – Azərbaycanın Düşməni”, “Qəhrəman Traxtur – Hakimlərin qurbanıdır”, “Gəlin gedək ağlayaq – Urmu gölün dolduraq” və...

-         Bütün təzyiqlərə baxmayaraq bir sıra plakatları stayoma keçirmək mümkün olub. Plakatlarda “Qeydar bizim diyarımız – Traxtur iftixarımız”, “Binabın harayı Traxtur”, “Parsabadın ürəyi Traxtur-la çırpınır”, “Traxtur sağ olsun – Azərbaycanımız var olsun”, “Mən səninən səndə mənim Azərbaycan”, “Batı Azərbaycanın ürəyi Traxtur üçün çırpınır” və ... kim şüarlar yazılıb.

-         “İstiqlal” komandasının bu müsabiqədə ancaq 200 nəfərə yaxın tamaşaçısı olub. Onların tərəfindən “Traxtur” tərəfdarlarına qarşı təhqiramiz hərəkətlər və şüarların səslənildiyi bildirilir.

-         “Traxtur” tərəfdarları stadyomu tərk edərkən “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” kimi şüarlar səsləndiriblər.

-         Tamaşaçılar hakimin qeyri adil olduğunu bildirib və dəfələrlə öz etirazlarını bildiriblər. Xüsusi ilə hakim Əli Əlizadənin qolunu afsayd elan etdikdən sonra tamaşaçılar ciddi etiraz bildiriblər.

-         Bununlada “Traxtur” komandası cədvəldə 5-ci yerə düşüb. yəni Zob ahən, Sepahan, İstiqlal və Perspolisdən sonra yer alıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar