SON XƏBƏRLƏR

“Traxtur-İstiqlal” qarşılaşmasında tutulanlar var

2021.10.20, 07:36
“Traxtur-İstiqlal” qarşılaşmasında tutulanlar var

Gunaz.tv

GünAzTv: Dünən oktyabr ayının 24-ü (Abanin 2-i) Təbrizin səhənd stadyomunda “Traxtur”-la “İstiqlal” komandalarının arasında keçirilən müsabiqə də təzyiqsiz ötüşməyib.

 

Məlumata görə, səhənd stadyomunun (stadion) girişində bir neçə soydaşımız yaxalanıb və naməlum istiqamətə aparılıb. Onların kimliyi barədə hələlik heç bir məlumat yoxdur.

 

Stadyomun girişində məmurlarla “Traxtur” tərəfdarları arasında qarşıdurma olduğuda bildirilir. Məmurlar tərəfdarların əllərindən plakatları almağa çalışarkən onların arasında qarşıdurma olub. “Traxtur” tərəfdarlarının stadyom girişində ciddi kontrol edildikləri bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar