SON XƏBƏRLƏR

"Qırımızı Simgə"ni Maku hərəkatçıları da dəstəklədi

2021.10.20, 07:36
"Qırımızı Simgə"ni Maku hərəkatçıları da dəstəklədi

Gunaz.tv

GünAzTv: Son həftələrdə “Qırmızı Simgə” ətrafında gedən yayarlı müzakirələr Azərbaycan Milli Hərəkatının pərakəndəliyi barədə olan nigaranlıqlara son qoymaqdadır.

 

Bu günə qədər onlarla partiya, qurum, mətbuat, ictimai xadimlər tərəfindən dəstəklənən Qırmızı simgə, Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən milli fəallar tərəfindən də ardıcıl dəstək qazanmaqdadır.

 

Günümüzə qədər bir çox şəhərin hərəkatçıları Qırmızı rəngi Milli Hərəkatın simgəsi kimi dəstəkləyib və bu barədə geniş bəyanatlar yayıblar.

 

Bir başa Pjak terrorçuları ilə üz-üzə olan Güney Azərbaycanın Makı şəhərinin hərəkat fəalları da geniş Bildiri yayaraq öz dəstəklərini Qırmızı Simgədən elan ediblər.

 

Makılı fəallar İranda gedən siyasi proseslərin içində milli hərəkatın prinsiplərinin çürüdülməməsi üçün, Qırmızı rəngi bir birləşdirici faktor kimi önəmli sayıb və uzun zamandır hərəkatçılar arasında və "Traxtur" taxımının yarışlarında böyük həvəslə nümayiş etdirilən Qırmızı rəngin artıq məşruiyyət və status qazandığını vurqulayıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar