SON XƏBƏRLƏR

Pan Gi Mun dünya ictimaiyyətinə müraciət edib

2021.10.20, 07:36
Pan Gi Mun dünya ictimaiyyətinə müraciət edib

Gunaz.tv

GünAzTv: Baş katib Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün daha çox iş görməyə çağırıb.

Oktyabrın 24-ü bütün dünyada Birləşmiş Millətlər Təşkilatının (BMT) Günü kimi qeyd olunur. BMT-nin əsasını qoyan Nizamnamə 65 il öncə, məhz oktyabrın 24-də qüvvəyə minib. BMT-nin baş katibi Pan Gi Mun bu münasibətlə dünya ictimaiyyətinə müraciət edib.

 

Müraciətdə deyilir ki, mövcud rroblemlərə, qütbləşmə və inamsızlığa baxmayaraq, qarşılıqlı əlaqədə olan dünya ümumi tərəqqi üçün yeni geniş imkanlar yaradır: «Hər il BMT Günündə biz qlobal məqsədlərimizi bir daha təsdiq edirik. Biz ümumbəşəri dəyərlər olan tolerantlıq, qarşılıqlı hörmət və insan ləyaqətini yenidən bəyan edirik. Biz həm də birlikdə nail olduğumuz tərəqqini nəzərdən keçiririk: savadlılıq və gözlənilən ömür müddətində artım, bilik və texnologiyanın yayılması, demokratiya və qanunun aliliyi sahələrində irəliləyişlər».

 

BMT-nin baş katibi silahlı münaqişələrin girovuna çevrilmiş insanları qorumağa, iqlim dəyişməsi ilə mübarizə ararmağa və nüvə fəlakətinə yol verməməyə, qadınlar üçün daha geniş imkanlar yaratmağa, haqsızlıq və cəzasızlıqla mübarizə ararmağa, Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün daha çox iş görməyə çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar