SON XƏBƏRLƏR

Milli-mədəni fəal cənab Mahmud Fəzli mülki vəsiqə qarşılığında azadlığa buraxılıb

2021.10.20, 07:36
Milli-mədəni fəal cənab Mahmud Fəzli mülki vəsiqə qarşılığında azadlığa buraxılıb

Gunaz.tv

GünAzTv mətbuat mərkəzinin “Təbriz Səsi”-nə istinadən yaydığı məlumata görə, tanınmış milli-mədəni fəal cənab Mahmud Fəzli azadlığa buraxılıb.

 

Cənab Fəzli dünən oktyabr ayının 21-də (Mehrin 29-u) 220000 dollarlıq (220 milyon tümən) mülki vəsiqə qarşılığında Təbriz zindanınmdan azadlığa buraxılıb.

 

Tanınmış milli-mədəni fəal 2010-cu il iyun ayının 8-i (1389-cu il xordad ayının 18-i) Təbriz şəhərində ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən tutuqlanmışdı.

 

Məmurlar Fəzli bəyi tutduqdan sonra onunla birlikdə onun  Təbrizin mənzəriyyə məntəqəsində olan evinə gedib ve evdə axtarış apardıqdan sonra onun bir sıra şəxsi əşyasını o cümlədən türkcə olan kitablarını, şəxsiyyət vəsiqəsini özləri ilə aparmışdılar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar