SON XƏBƏRLƏR

Salmaslı Hərəkatçıların “Qırmızı Simgə” haqqında dəstək bəyanatı

2021.10.20, 07:36
Salmaslı Hərəkatçıların “Qırmızı Simgə” haqqında dəstək bəyanatı

Gunaz.tv

GünAzTv :Güney Azərbaycanın Salmas şəhərinin bir qrup Milli Hərəkat Fəalı “Qırmızı Simgə” haqqında dəstək bəyanatı yayıblar.

 

Bəyanatda deyilir:

“Hazırda Kürd terrorizmi ilə üzə-üzə qalan, Səid Salmaslı və Nim tacın varisi, erməni, ciloluq və Simitqo represiyalarına məruz qalan Qəhrəman Salmas, Şəhidlərinin qanını vətən üçün təqdim edərək Qırmızı rəngin əhəmiyyətini canı ilə-ürəyi ilə uzun müddətdir ki dərk edibdir.

 

Fikrimizcə Qırmızı rəngin Milli Hərəkatın simgəsi kimi seçilməsi və onun əhəmiyyəti barədə yetərincə fikirlər səslənib və deyilməli olanlar deyilib.

 

Biz bir qrup Salmaslı və Salmas ətrafında sakin olan milli fəallar milli hərəkatçıların bu əməlini dəstəkləyib və ümid edirik ki, yaxın gələcəkdə Milli Məclis və Milli Dövlətimiz də sürgündə qurulacaq.

 

Yaşasın Azərbaycan

Bir qrup Güney Azərbaycan Milli Hərəkatı Fəalı tərəfindən”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar