SON XƏBƏRLƏR

ETTELAAT və MƏHKƏMƏdən Azərbaycanlı vəkillərin fəaliyyətinə qadağa

2021.10.20, 07:36
ETTELAAT və MƏHKƏMƏdən Azərbaycanlı vəkillərin fəaliyyətinə qadağa

Gunaz.tv

GünAzTv: Təbrizdə illərdir fəaliyyət göstərən iki azərbaycanlı vəkil Nağı Mahmudi və Abbas Cəmalinin öz peşələrində fəaliyyət göstərə bilmələri sual altına düşüb.

 

Onlar keçən illərdə çoxsayılı insan haqları fəalları, azərbaycanlı milli-mədəni fəallar və jurnalistlərin hüquqlarını müdafiə ediblər.

 

Məlumata görə, son günlərdə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları adını çəkdiyimiz iki azərbaycanlı vəkilə zəng edib və onların ofisinə gediblər. Məmurlar onlardan  siyasi məhbusların xüsusi ilədə azərbaycanlı fəalların hüquqlarını müdafiə etməkdən çəkinməyi və kontraktdan istefa etmələrini tələb ediblər.

 

Həmçinin məhkəmə Nağı Mahmudinin lisenziyasını (pərvanə) uzatmaqdan imtina edib. Şərqi Azərbaycan Vilayətinin Məhkəmə rəisi isə vilayət (ostan) məhkəmələrinə məktub yazaraq onlara tapşırıq verib ki, bu vəkilin heç bir dosya üzrə vəkalətini qəbul etməsinlər. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar