SON XƏBƏRLƏR

Milli-mədəni fəal Həmid Valayi barəsində çıxarılan hökmün icrası üçün zindana yolanıldı

2021.10.20, 07:36
Milli-mədəni fəal Həmid Valayi barəsində çıxarılan hökmün icrası üçün zindana yolanıldı

Gunaz.tv

GünAzTv: Azərbaycanın milli kimliyi uğrunda dinc mübariz  yazıçı, jurnalist və vəkil cənab Həmid Valayi həbs cəzasına dair çıxarılan məhkəmə hökmünün icrası üçün Təbriz zindanına yollanılıb.

 

Həmid Valayi 2008-ci il iyul ayının 15-də (1387-ci il tir ayının 25-i) milli hüquqların tələbi zəminindəki fəaliyyətlərinə görə tutuqlanıb, 15 gün saxlanılıb və işgəncə olduqdan sonra ictimai rəy və beynəlxalq təşkilatların təzyiqi nəticəsində müvəqqəti azadlığa buraxılıb.

 

Artıq adını çəkdiyimiz milli-mədəni fəal oktyabr ayının 17-də (Mehrin 25-i) Təbriz zindanına yollanılıb.

 

Qeyd edək ki, Həmid Valayi həbsdə saxlanıldığı qısa müddətdə işgəncə edilib və ağız və çənə nahiyəsindən ciddi xəsarət alıb. O keçmiş iki il ərzində xəsarət aldığı nahiyələrdən 3 dəfə cərrahi əməliyyat olunub.

 

Xatlırladaq ki, cənab Valayi barəsindəki məhkəmə hökmü 3 ay qəti həbs və 9 ay şərti həbs cəzasından ibarətdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar