SON XƏBƏRLƏR

“Traxtur” tərəfdarları Behnam Nurməhəmmədi və Vli Rövşəni müvəqqəti azadlığa buraxılıblar

2021.10.20, 07:36
“Traxtur” tərəfdarları Behnam Nurməhəmmədi və Vli Rövşəni müvəqqəti azadlığa buraxılıblar

Gunaz.tv

GünAzTv: Oktyabrın 10-u (Mehr ayının 18-i) Təbrizin səhənd stadyomunda (stadion) Tehranın “Neft” komandası ilə Təbrizin “Traxtur” taxımı arasında keçirilən futbol müsabiqəsində tutulan soydaşlarımızdan ikisi müvəqqəti azadlığa buraxılıb.

 

Behnam Nurməhəmmədi Nəzəryan və Vəli Rövşəni Nəzərlu dünən oktyabrın 20-də (Mehrin 28-i) 20000 dollarlıq (20 milyon tümən) mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıblar.

 

Təbriz Ümumi və İnqilab Məhkəməsinin hakimi cənab Haşimzadə Onların hər birini10000 dollarlıq (10 milyon tümən) zəmanət vəsiqəsi qarşılığında müvəqqəti olaraq Təbriz zindanından azad edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar