Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
GünAzTv: Obama Administrasiyası İrana sanksiyaları müzakirə etmək üçün Türkiyə və Azərbaycana elçi göndərib. ABŞ (Amerika Birləşmiş Ştatları) Tehranın yaxın qonşuları ilə ticarət əlaqələrini bir az da məhdudlaşdırmaq istəyir. Elçi Stüart Levi - maliyyə nazirinin terrorçuluq və maliyyə kəşfiyyatı üzrə müavinidir. Oktyabrın 19-da Azərbaycan prezidenti İlham Əliyev Stüart Levinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. «BEYNƏLXALQ ÖHDƏLİKLƏRƏ RİAYƏT ETMƏYƏN... İRAN OLUB» Elə həmin gün keçirdiyi brifinqdə Stüart Levi deyib ki, Azərbaycan rəsmiləri ilə görüşdə onlara nüvə və raket proqramlarını davam etdirməkdə olan İrana qarşı yönələn BMT sanksiyalarının son raundu ilə bağlı məlumat verib. «Bugünkü müzakirələrin əsas diqqəti beynəlxalq öhdəliklərə riayət etməyən, o cümlədən nüvə və raket proqramlarını davam etdirməkdə olan İrana qarşı tətbiq edilmiş sanksiyaların son raunduna yönəlmişdir və mən bu barədə rəsmilərə qısaca məlumat verdim. Mən deyərdim ki, səfərimizin əsas diqqəti, məqsədi ABŞ-ın bütün dünyada tərəfdaşları ilə İranın qeyri-qanuni fəaliyyəti və beynəlxalq maliyyə sistemindən sui-istifadəsinə dair məsələlərə cəlb edilməsi və bu sahədə aktiv dialoqların davam etdirilməsinə yönəlmişdi». Azərbaycan ABŞ-ın bu müraciətinə hansı cavabı verib və ya verəcək bu məlum deyil. Xarici işlər nazirliyi də məsələyə münasibət bildirməyə tələsmir və müzakirələrin başa çatmasını gözləyir. Amma nazirliyin sözçüsü
Elxan Poluxov deyir ki, Azərbaycan üzv dövlət kimi BMT-nin qəbul etdiyi qərarların hamısına hörmətlə yanaşır. «Azərbaycan BMT-nin üzvüdür və sözsüz beynəlxalq aləmin məsul üzvü kimi biz BMT tərəfindən qəbul olunmuş qərarların hamısına hörmətlə yanaşırıq». İran səfirliyindən də amerikalı rəsminin Bakıya səfərinə və İranla bağlı BMT sanksiyalarının müzakirəsinə hər hansı münasibət bildirmək istəmədilər. Azərbaycanın İrandakı sabiq səfirlərindən biri Nəsib Nəsibli hesab edir ki, İranın nüvə dövləti olması Azərbaycanın maraqlarına ziddir və bu baxımdan da İran narazı qalsa belə Azərbaycan üzv olduğu qurumun sanksiyalarına qoşulmalıdır. «Əlavə gərginliyin yaranması arzu olunmasa belə, İranın nüvə dövlətinə çevrilməsi qarşısında Azərbaycan cürətli addım atmaq məcburiyyətindədir». «BMT-NİN İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRLƏ BAĞLI QƏTNAMƏLƏRİ DƏ GÜNDƏLİYƏ GƏLSİN» Siyasi icmalçı Sədrəddin Soltan hesab edir ki, Azərbaycan ilk növbədə özünün təhlükəsizliyini önə çıxarmalı və buna təminat alandan sonra İrana qarşı maliyyə sanksiyalarına qoşulmaq haqqında qərar qəbul edə bilər. Sədrəddin Soltan həm də hesab edir ki, Azərbaycan İrana qarşı sanksiyaya Cənubi Qafqaz respublikaları və Rusiya ilə birgə qoşulmalıdır. İcmalçının fikrincə, Azərbaycanın İrana qarşı tək maliyyə sanksiyasına qoşulması ölkə üçün əlavə problemlər
yarada, ölkə üçün çox təhlükəli ola bilər. Siyasi icmalçı bir məsələyə də diqqət çəkir. Deyir Azərbaycan BMT-nin İrana qarşı sanksiyalarına qoşulacağı halda bu qurumun Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması ilə bağlı qəbul elədiyi dörd qətnamənin də yerinə yetirilməsini gündəliyə gətirməlidir: «Əgər BMT-nin qətnamələri məcburidirsə, onda Ermənistan da həmin qətnamələrə əməl edib işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır». Bundan əlavə Sədrəddin Soltan həm də hesab edir ki, Azərbaycan bu sanksiyadan ona dəyəcək maddi və iqtisadi ziyanın ödənilməsi məsələsini də gündəliyə gətirməlidir. SANKSİYADAN KİM DAHA ÇOX İTİRƏ BİLƏR? Məsələnin iqtisadi tərəflərinə gəlincə, iqtisadçılar hesab edirlər ki, Azərbaycanın İrana qarşı maliyyə sanksiyalarına qoşulacağı halda ən çox itirən İran olacaq.
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Qubad İbadoğluna görə, əgər 2003-cü ildə Azərbaycan İrana 50 milyon dollarlıq mal göndərmişdisə, qarşı tərəfdən Azərbaycana 307 milyon dollarlıq mal idxal edilib. Sonrakı illərdə də bu tempin davam etdiyini deyən iqtisadçı düşünür ki, Azərbaycan İrana qarşı sanksiyaya qoşulacağı halda İranın iqtisadi və maliyyə baxımından itkiləri Azərbaycanla müqayisədə daha çox olacaq. Beynəlxalq sanksiyalara görə, Tehran getdikcə daha çox emal olunmuş neft məhsulları qıtlığı yaşayır. Azərbaycan da İranın başqa bir potensial təchizatçısıdır. Hazırda İranla Azərbaycanın illik ticarət dövriyyəsi ötən il 1 milyard dollar olub, rəsmi statistika belə deyir. İran rəsmiləri bu rəqəmi 10 dəfə artırmaq istəyirlər, Azərbaycanın rəsmi dairələrindən bu fikrə münasibət almaq mümkün olmayıb. Bu barədə oktyabrın 19-da «Wall Street Journal Europe» dərgisi yazıb. Azadlıq radiosu
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko