SON XƏBƏRLƏR

Ermənistanda Holokost qurbanlarının abidəsi təhqir edildi

2021.10.20, 07:36
Ermənistanda Holokost qurbanlarının abidəsi təhqir edildi

Gunaz.tv

GünAzTv: İrəvanda Holokost qurbanlarının xatirəsinə 2006-cı ildə ucaldılan abidə naməlum şəxslər tərəfindən təhqir edilib. 

Abidənin üzərində qırmızı boya ilə svastika şəkli çəkilib və erməni dilində "Cuhuda ölüm" yazılıb.

Yəhudi xalqının əzab-əziyyətini simvolizə edən Holokost qurbanlarının abidəsi İrəvanın mərkəzində yerləşir.

Qeyd edək ki, bu, abidənin təhqir olunması ilə bağlı ilk hadisə deyil. Abidə ucaldılandan əvvəl həmin parkda Holokost qurbanlarının xatirəsinə daş sütun olub. O, bir neçə dəfə ermənilərin hücumuna məruz qalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar