SON XƏBƏRLƏR

3 lider İranı müzakirəyə çıxardı

2021.10.20, 07:36
3 lider İranı müzakirəyə çıxardı

Gunaz.tv

GünAzTv: Rusiya, Fransa və Almaniyanın rəhbərləri birgə bəyanat qəbul edib. ABŞ (Amerika Birləşmiş Ştatları) və İsrail də Tehran rejimini yaxın Şərqin ən böyük problemi hesab edir.

Rusiya, Fransa və Almaniya İran nüvə probleminin danışıqlar yolu ilə həlli üçün "qapıları açıq saxlayırlar". APA-nın "İTAR-TASS"a istinadən verdiyi məlumata görə, bu fikirləri Fransa, Rusiya və Almaniya rəhbərlərinin Fransanın Dovil şəhərində qəbul etdikləri bəyanatda öz əksini tapıb. Prezidentlər görüş zamanı İran nüvə proqramının müzakirə olunduğunu bildiriblər. "Biz İranı BMT Təhlükəsizlik Şurası və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin Direktorlar Şurasının tələblərini yerinə yetirməyə çağırırıq və bəyan edirik ki, bu məsələnin danışıqlar yolu ilə həlli üçün qapılar dialoq aparmağa açıq olaraq qalır". Görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında N. Sarkozi deyib ki, bir sıra məsələlər üzrə Rusiya, Almaniya və Fransa oxşar, çox yaxın mövqelərə malikdirlər: "Bizim irəli getmək kimi ümumi istəyimiz var". D. Medvedev deyib ki, sammitin əsas müzakirə etdiyi məsələ Avropa təhlükəsizliyi arxitekturası olub: "Bu sahədə işləmək lazımdır, Rusiya bununla bağlı öz ideyalarını təqdim edib, həmkarlarım bu məsələnin müzakirəsini davam etdirməyə hazırdır". ABŞ və İsrail İranı Yaxın Şərqin əsas problemlərindən biri hesab edirlər. ABŞ dövlət katibinin müavini Ceyms Steynberqlə İsrail xarici işlər nazirinin müavini Dani Ayalonun birgə bəyanatında belə deyilir. Bazar ertəsi Vaşinqtonda Steynberq və Ayalonun başçılıq etdikləri nümayəndə heyətlərinin görüşü keçirilib. "İran Yaxın Şərqdə qarşılaşdığımız ən ciddi problemlərdən biridir. İranın nüvə proqramı sahəsində beynəlxalq öhdəliklərə əməl etməməsi, həmçinin terrorçu birləşmələrə dəstək verilməsi, hər iki ölkəni və beynəlxalq ictimaiyyəti ciddi narahat edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar