SON XƏBƏRLƏR

İsmail bəy Cavadinin veblaqı qapadılıb

2021.10.20, 07:36
İsmail bəy Cavadinin veblaqı qapadılıb

Gunaz.tv

GünAzTv: İrand azərbaycanın xəbərləri ilə uğraşan sayt və veblaqların qapadılması dalğasında İsmail bəy Cavadinin də şəxsi veblaqı qapadılıb.

 

Urmulu jurnalistin veblaqını qapadan şəxslər onun qapadılmasının səbəbini veblaqda dərc edilən məlumatın qanunsuz və xətalı olduğunu bildirib və bununlada veblaqın fəaliyyətinə son qoyublar.

 

Xatırladaq ki, İsmail bəy Cavadi öz veblaqında Azərbaycanda baş verən hadisələrlə bağlı xəbər və məqalələr dərc edib və milli-mədəni fəalların həbsə alınması ilə bağlı xəbərləri işıqlandırmağa çalşdığına görə dəfələrlə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən təhdid edilib, sorğu-suala tutulub və hətta həbs edilib.

 

Bütün bu təzyiqlərə görə, cənab Cavadi bir müddət veblaqa yeni məlumat qoymayıb və tikilmiş dodaqların şəkilini veblaqa qoyaraq öz etirazını bu şəkildə ifadə edibdir.

 

http://i-cevadi.blogfa.com/

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar