SON XƏBƏRLƏR

Marağa gənclərindən şovinizmə qarşı cəsarətli addım

2021.10.20, 07:36
Marağa gənclərindən şovinizmə qarşı cəsarətli addım

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanda milli hüquqların tələbi bütün səddləri geridə buraxmaqdadır. Bu dəfə isə SEPAHa (İran İnqilabı Keşikçilər Korpusu) aid  konteynərin üzərində marağlı şüar yazılıb.

 

Pəhləvi dönəmindən bəri neft ərazisi kimi məşhur olan Güney Azərbaycanın Marağa kəndlərinin birinə yaxın  bir ərazi hazırda SEPAHın mülki sayılır. Bölgədə yerləşən SEPAHın keşikçisinə aid  konteynerin üzərində "Türk dilində mədrəsə - olmalıdır hər kəsə" şüarı yazılıb.

 

SEPAH kimi bir qəzəbli qurumun mülkiyyətində olan divar üzərinə bu şüarı yazmaq, Azərbaycan və Marağa gənclərinin cəsarəti və iradəsinin bariz nümunəsidir.

 

Baş verən hadisələr göstərir ki, artıq Azərbaycan türk millətinin övladları Öz milli hüquqlarının tələbi uğrunda bütün səddləri aşaraq öz səsini dünyaya çatdırmaq əzmindədir.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar