SON XƏBƏRLƏR

4 milli-mədəni fəal azadlığa buraxılıb

2021.10.20, 07:36
4 milli-mədəni fəal azadlığa buraxılıb

Gunaz.tv

GünAzTv: tanınmış azərbaycanlı milli-mədəni fəallardan 4 nəfəri aylarca həbsdə qaldıqdan sonra azadlığa buraxılıblar.

 

Azadlığa buraxılan fəallar Behbud Quluzadə, Şəhram Radmehr, Əlirza Əbdullahi və Nəim Əhmədi oktyabr ayının 18-də (Mehr ayının 26-ı) 220000 dollarlıq (220 milyon tümən) mülki vəsiqə qarşılığında Təbriz zindanından azadlığa buraxılıblar.

 

Qeyd edək ki, Behbud Quluzadə 153 gün, Əlirza Əbdullahi 151 gün, Şəhram Radmehr 149 gün və Nəim Əhmədi 128 gün həbsdə qaldıqdan sonra sərbəstliyə qavuşublar.

 

Adını çəkdiyimiz milli-mədəni fəallar həsbdə qaldıqları müddətdə xüsusi ilə ETTELAATın təknəfərlik kameralarında saxlanılan zaman müxtəlif formalarda ruhi-cismi işgəncələrə məruz qalıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar