SON XƏBƏRLƏR

Əhmədinejad yenidən danışıqlar masasına oturacaqlarını bildirib

2021.10.20, 07:36
Əhmədinejad yenidən danışıqlar masasına oturacaqlarını bildirib

Gunaz.tv

GünAzTv: ABŞ (Amerika Birləşmiş Ştatları) isə Çini İranla müqavilələrə son verilməsi ilə bağlı xəbərdar edib.

İran prezidenti Mahmud Əhmədinejat Ərdəbil şəhərində xalqa müraciətində altılıq üzvə ölkələri danışıqlar masasına dəvət edib. Nüvə proqramı ilə bağlı  müzakirələrin yalnız altılıq üzvləri müəyyən şərtləri qəbul etdikdən sonra mümkün olacağını  açıqlayan İranın dövlət başçısı «sizlər üçün ən yaxşı yol müzakirələrdir, başqa yolunuz yoxdur» deyib. İran xalqının öz hüquqlarından imtina etməyəcəyini diqqətə çatdıran Mahmud Əhmədinejat müzakirələrin ədalət, qarşılıqlı hörmət prinsipləri əsasında  aparılmasını vacib sayıb. Hətta altılıq üzvlərinə suallar da ünvanlayıb. Onun sözlərinə görə, nüvə proqramları ilə bağlı müzakirələr yalnız bu halda başlaya bilər.

İran prezident onu da vurğulayıb ki, hər bir ölkənin dinc şəkildə nüvə enerjisi əldə etmək hüququ rəsmi olaraq qəbul edilməlidir. ABŞ isə Çindən İranla imzalanan bütün müqavilələrin ləğvini istəyib. Amerika rəsmiləri bildirirlər ki, İranla müqavilə bağlayan bütün Çin şirkətlərinin siyahısı tərtib edilib. İran BMT qərarlarına əməl etmir və onunla əməkdaşlıq  təhlükəlidir. Hətta amerikalılar bəzi Çin şirkətlərinin İranla müqavilə əsasında Tehrana nüvə enerjisi çatdırdığını da əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar