SON XƏBƏRLƏR

Rəsmi Tehran “nüvə danışqılarına” hazır olduğunu bildirib

2021.10.20, 07:36
Rəsmi Tehran “nüvə danışqılarına” hazır olduğunu bildirib

Gunaz.tv

GünAzTv: İranın xarici işlər naziri Mənuçehr Mottəki deyib ki, bir neçə həftədən sonra beynəlxalq ictimaiyyətlə özünün nüvə proqramına dair danışıqları bərpa etməyə hazır olacaq.

"Bildiyiniz kimi, mən bu yaxınlarda elan etdim ki, fikrimizcə, oktyabr və ya noyabrda İran və "5 üstəgəl 1" qrupu arasında danışıqların bərpası üçün əlverişli imkan olacaq. Bu çox yaxşı haldır ki, burada, Brüssel iqamətgahənda bu məsələ diqqət mərkəzində saxlanılır. Və fikrimcə, danışıqlara başlamaq üçün bəzi məsələlərin koordinasıyası və konkret tarixin müəyyən ediıməsi bu yolla aparılmalıdır."

Ötən ay İran prezidenti Mahmud Əhmədinejad öz ölkəsinin nüvə proqramı ətrafında mükalimə üçün açıq olduğunu demişdi.

 

GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Amerika Birləşmiş Ştatları və digər qərb ölkələri qorxurlar ki, İran gizlincə nüvə silahı istehsal etməyə çalışır.

İran isə israr edir ki, onun nüvə proqramı sırf dinc məqsədlır daşıyır və istənilən danışıqlarda nüvə proqramları sahəsində işləmək hüququnu müdafiə edəcəyini vurğulayır.

Pakistana dair Brüsseldə keçirilən konfransda çıxış edən İranın xarici işlər naziri Mənuçehr Mottəki deyib ki, "5 üstəgəl 1" qrupu ilə danışıqlarən bərpa edilməsinin mümkün tarixi barədə razılığa gəlmək üçün Avropa İttifaqının xarici işlər naziri Kətrin Əştonla birgə işləyir.

"5 üstəgəl 1" qrupuna Fransa, Rusiya, Almaniya, Çin, Britaniya və Amerika daxildir.

Avropa İttifaqının xarici əlaqələr naziri Kətrin Əşton isə bildirib ki, Avropa İttifaqı bu danışıqalrın bərpasına ciddi yanaşır və İranın da bu mövqedə durmasına ümid edir:

"Biz danışıqları başlamağa hazırıq. Əsas məsələ odur ki, - və mən bunu artıq demişəm, - biz danışıqların bərpasını görmək istəyirik. Biz problemin həllinin tapılacağına inanırıq və bu istiqamətdə irəliləmək əzmindəyik. İndi danışıqların tarixi ve keçiriləcək yerini müəyyən etmək, habelə danışıqların müddətini və digər məqamları razılaşdırmaq lazımdır. Biz buna dair müəyyən təkliflər irəli sürmüşük. İndi görək Tehran buna nə cavab verir. Baxaq, görək, cənab Müttəki cavab verəcəkmi. Amma biz öz tərəfimizdən artıq təklifimizi ortaya qoymuşuq."

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar