SON XƏBƏRLƏR

“Hizbullah” lideri Əhmədinejada İsrail tüfəngi hədiyyə edib

2021.10.20, 07:36
“Hizbullah” lideri Əhmədinejada İsrail tüfəngi hədiyyə edib

Gunaz.tv

GünAzTv: “Hizbullah” lideri Həsən Nəsrulla Livanda səfərdə olan İran prezidenti Mahmud Əhmədnejada orijinal hədiyyə bağışlayıb. Həsən Nəsrulla iranlı qonağa 2006-cı il İsrail-Livan müharibəsində qənimət kimi ələ keçirilən İsrail tüfəngi hədiyyə edib. Bu barədə Lent.az  “Hizbullah”ın nəzarətində olan “Əl Manar” televiziyasına istinadən xəbər yayıb.Oktyabrın 14-də Livanın İsraillə sərhədindən 4 kilometr aralıda yerləşən Bint Cbeyl qəsəbəsinə gedən Mahmud Əhmədinejad İsrail əsgərinə məxsus olmuş tüfəngi həvəslə qəbul edib. Qəsəbədə 15 min nəfər qarşısında çıxış edən İran lideri onları qəhrəman adlandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar