SON XƏBƏRLƏR

İran işğalçı ölkəni iqtisadi böhrandan çıxarmağa çalışır

2021.10.20, 07:36
İran işğalçı ölkəni iqtisadi böhrandan çıxarmağa çalışır

Gunaz.tv

GünAzTv: İranın energitika naziri Məcid Namcu Ermənistana səfər edib. Səfər çərçivəsində Ermənistanda bir sıra enerji obektlərinin təməli qoyulub.

Son vaxtlar intensivləşən iqtisadi əlaqələrin məqsədi Ermənistanı iqtisadi tənəzzüldən qurtarmaq, ölkənin enerji təhlükəsizliyini təmin etməkdir.

Ermənistanın energetika və təbii ehtiyatlar naziri armen Mövsiyanla İranın energetika naziri arasında aparılan danışıqlarda ölkələr arasında əməkdaşlığın inkişafı yolları müzakirə olunub. Ermənistanlı nazir ölkəsinin ağır günlərində göstərdiyi yardıma görə İrana təşəkkürünü bildirib. İranın Ermənistanın enerji sektoruna 680 milyon dollar sərmayə yatırması nəzərdə tutulur. İrəvan Tehranın yardımı ilə enerji təhlükəsizliyini möhkəmləndirmək niyyətindədir. Təməlqoyma mərasimi keçirilən Meğru Su Elektrik Stansiyasının tikintisi İranın 350 milyon dollar vəsaiti hesabına həyata keçiriləcək. İnşaat işlərini də İran tərəfi həyata keçirəcək. İran tərəfi Ermənistanda yeni ötürücü şəbəkənin inşasını da planlaşdırır. Bu layihənin ardınca iki ölkə arasında neft kəmərinin inşası da nəzərdə tutulur.

Armen Movsisyanın sözlərinə görə, kəmər vasitəsilə İrandan Ermənistana benzin və dizel yanacağı daşınacaq. Rəsmi Tehran Yerevana azad ticarət razılaşmasını təklif edib. Bütün layihələrin reallaşmasına 2011-ci ildən başlanacaq. İranlı nazir Ermənistana etdikləri təmənnasız yardımda maraqlı olduqlarını bildirib. Sentyabr ayından başlayaraq, Ermənistan və İran rəsmilərinin qarşılıqlı səfərləri intensivləşib. Yaxın günlərdə Ermənistanın baş naziri və iqtisadiyyat nazirinin də Tehrana səfəri planlaşdırılır. Azərbaycanla İran arasındakı münasibətlər dost münasibətləri adlandırılsa da, rəsmi Tehran işğalçı ölkə ilə sıx əlaqələr qurur. Rusiya Ermənistana taxıl satışına qadağa qoyandan dərhal sonra İran Ermənistanı aclıq və səfalətdən qurtarmaq üçün İrəvana buğda satdı. Bu yaxınlarda İran parlamentinin nümayəndəsi Ermənistanın işğalçı siyasətini pisləsə də, İranın bu ölkədəki səfirliyi bu fikri təkzib etdi. Deməli, İran sözdə başqa, əməldə başqa siyasət yürüdür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar