SON XƏBƏRLƏR

İran Xəzər məsələsində həmişə cığallıq edib

2021.10.20, 07:36
İran Xəzər məsələsində həmişə cığallıq edib

Gunaz.tv

GünAzTv: Bu günlərdə Bakıda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinlərinin dəniz sərhədlərinin delimitasiyası ilə bağlı sammiti keçirildi. Və müəyyən mənada sözügedən tədbiri nəticə etibarilə önəmli saymaq olar.        Çünki hər zaman bu məsələdə birmənalı mövqe sərgiləməyən cənub qonşumuz İran sanki mövqeyində yumşalma edib. Belə ki, sammitdə iştirak edən İran rəsmiləri bildiriblər ki, İran Xəzərin "sülh dənizi" olmasını istəyir. Eyni zamanda Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov da əvvəlki sammitlərdən fərqli olaraq, Bakı sammitinin uğurlu nəticələr əldə olunmasına təkan verdiyini diqqətə çatdırıb.        Sammitlə bağlı fikirlərini "Şərq"ə bölüşən politoloq Cümşüd Nuriyev deyib ki, indiyə kimi İranın Azərbaycanla bağlı xarici siyasətində tutduğu mövqe xoşagələn olmayıb: "Azərbaycanla səmimi şəkildə davranmırlar. Bu günə kimi Xəzər probleminin yaranmasının, daha doğrusu, problemin həll olunmamasının da səbəbkarı İrandır. Və çox təəssüf ki İran burada daha çox Rusiyanın maraqlarına xidmət edir. Əslində Rusiya ilə istər Xəzərin delimitasiyası olsun, istərsə də deomrkasiya məsələsində Azərbaycanla heç bir problem yoxdur. Rusiya-Azərbaycanla Xəzər məsələsində müqavilə imzaladı və bu məsələ birdəfəlik həll olundu. Amma bu günə kimi İran bütün müqavilələrin şərtlərini pozaraq, beynəlxalq dəniz konvensiyalarına, beynəlxalq sular haqqında sənədlərin şərtlərini pozaraq siyasətində cığallıq edir". C.Nuriyev qeyd edib ki, İranın dediyi şərtlərlə Azərbaycan razılaşmalı olsa, gərək Azərbaycan öz daxili sularını Kür çayının töküldüyü mənbəyə qədər, yəni Neftçala ərazisinə qədər itirməlidir: "Hansı dövlət razılıq verər ki, onun 200 kilometr ərazisi başqa dövlətin suları ilə əhatə olunsun? Bu, mümkün olan bir şey deyil". Politoloq bildirib ki, indi İran, xüsusilə də ABŞ sanksiyalar tətbiq etdikdən sonra bölgədə təkləndiyini görüb: "Ona görə də İran bütün hallarda bu məsələləri yumşaltmağa çalışır. XİN başçısı müavinlərinin Bakı toplantısının əsas nəticəsi o oldu ki, növbəti ayda Xəzəryanı ölkələrin başçılarının Bakıda sammiti keçirilsin. Təbii ki, həmin sammitdə ola bilər ki, Azərbaycanla Türkmənistan və Azərbaycanla İran arasında dəniz sərhədlərini müəyyən edən protokollar imzalansın. Bu realdır. Azərbaycan 17 ildir ki, bununla bağlı yol gedir və bu müddət ərzində İran hər zaman cığallıq edib. XİN başçıları müavinlərinin Bakı sammitinin bir üstünlüyü odur ki, Azərbaycanla İran bir neçə müstəvidə, eyni istiqamətdə fəaliyyət göstərməyə başladılar. Bütün bunlar onu deməyə əsas verir ki, İranla Azərbaycan arasındakı soyuq münasibətlər istiləşməyə başlayır. Düzü, mən burada Azərbaycan tərəfindən heç bir problem görmürəm. Çünki Azərbaycan prezidentinin siyasətində qonşularla problem yaşamamaq prinsipi var. Təbii ki, İranla Azərbaycan münasibətlərinin yaxşı cəhətləri də var. Naxçıvanla bağlı müəyyən məsələlərdə İran Azərbaycanı dəstəkləyir. Amma digər yandan İran Ermənistanla da müəyyən mənada əməkdaşlıq edir. O mənada sonuna kimi İrana şəxsən mənim inanmağım gəlmir". Şərq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar