SON XƏBƏRLƏR

Türkiyədə növbəti terror aktı baş verib

2021.10.20, 07:36
Türkiyədə növbəti terror aktı baş verib

Gunaz.tv

GünAzTv: Türkiyə Tunceli vilayətinin Ovacık rayonunda reyd keçirən hərbçilərlə PKK terrorçuları arasında atışma baş verib.

 

Baş vermiş insident nəticəsində iki hərbçi şəhid olub, bir əsgər yaralanıb, bir terrorçu isə zərərsizləşdirilib.

 

Məlumata görə, atışma hərbçilərin "Dayan" xəbərdarlığına terrorçuların riayət etməməsi nəticəsində baş verib.

Yaralı hərbçi helikopterlə xəstəxanaya çatdırılıb və onun vəziyyəti qənaətbəxşdir. Terrorçuların ələ keçirilməsi üçün ərazidə əməliyyatlar davam edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar