SON XƏBƏRLƏR

Təbrizdə azərbaycanlı fəal Hüseyn Məhəmmədi əlvarın məhkəmə iclası keçirilib

2021.10.20, 07:36
Təbrizdə azərbaycanlı fəal Hüseyn Məhəmmədi əlvarın məhkəmə iclası keçirilib

Gunaz.tv

GünAzTv: Azərbaycanlı fəal cənab Hüseyn Məhəmmədi əlvarın məhkəmə iclası keçirilib. Onun ittihamlarına Təbrizin İnqilab məhkəməsində oktyabr ayının 11-də (Mehrin 19-u) baxılıb.

 

Məhəmmədi 2010-cu il may ayının 4-də (1389-ci il, Ordibeheşt ayının 14-ü) Təbrizdə öz ata evində tutuqlanıb. O 29 gün müvəqqəti saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

 

Məhəmmədi Azərbaycan Milli Hərəkatında üzv olmaq vasitəsi ilə sistemin müxalif qruplarında üzvlük, ictimai nizamı pozmaq və “Traxtur” futbol komandasının təşviqində iştirak etməklə Rəhbəri təhqir etməkdə ittiham edilib.

 

Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal “Traxtur”_la Kirmanın “Mis” komandası arasında keçirilən müsabiqə zamanı farsdilli tamaşaçıların millətimizə qarşı etdikləri təhqirdən sonra "Traxtur" klubuna zəng edib və onun müdiramilinə öz etirazını bildirmişdir. Məhz bu səbəbdən İran Təhlükəsizlik Qüvvələri onun ata evinə gedərək Məhəmmədini tutuqlayıb və evdə axtarış aparmışdılar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar