SON XƏBƏRLƏR

Rusiyalı sabiq həmsədr Ermənistanın torpaqları boşaldacağını bildirib?

2021.10.20, 07:36
Rusiyalı sabiq həmsədr Ermənistanın torpaqları boşaldacağını bildirib?

Gunaz.tv

GünAzTv: ATƏT-in Minsk qrupunun sabiq rusiyalı həmsədri Yuri Mezlyakov hələ 2005-ci ildə bəyan edib ki, Ermənistan işğal altındakı torpaqları boşaltmağa məcbur olacaq.

Milli.Az xəbər portalının «Armenia Today»a istinadən verdiyi məlumata görə, bunu politoloq Aleksandr Kananyan keçirdiyi mətbuat konfransında bildirib. Politoloq rusiyalı diplomatın bu fikri 2005-ci ildə keçirilmiş araşdırma missiyasının monitorinqi zamanı səsləndirdiyini xatırladıb və bildirib ki, Yerevan indi yenidən belə missiyanın reallaşdırılmasına imkan verməməli idi: «Missiyanın tərkibindəki ukraynalı nümayəndə Kəlbəcəri görən kimi deyib ki, Azərbaycan xalqını belə genişmiqyaslı deportasiyaya məruz qoymuş ermənilərin erməni soyqırımından danışmağa nə haqqı var?» Politoloq ukraynalı nümayəndənin bu fikrini şəxsən eşitdiyini və hətta ona «sərt cavab verdiyini» də söyləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar