SON XƏBƏRLƏR

Babək Xürrəmdin ləqəbli soydaşımız Evin zindanında Aclıq Aksiyasi keçirir

2021.10.20, 07:36
Babək Xürrəmdin ləqəbli soydaşımız Evin zindanında Aclıq Aksiyasi keçirir

Gunaz.tv

GünAzTv: 15 il müddətinə azadlıqdan məhrum edilmiş azərbaycanlı bloqçu Hüseyn Rövnəqi Məleki (Babək Xürrəmdin ləqəbi ilə tanınır) Tehranın Evin zindanında aclıq aksiyasına başlayıb. O, bir neçə gündür aclıq etsə də, bu barədə məlumat indi yayılır.

GünAzTv mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə, gənc bloqçunun anası Züleyxa Musəvi jurnalistlərə bildirib ki, oğlu zindandan evə telefonla zəng edib: “Hüseyn evə zəng vuranda halı o qədər pis idi ki, düzgün danışa bilmirdi, sözləri qırıq-qırıq deyirdi. O, aclığa başlayandan səhhətində ciddi problem yarandığını, müalicəyə ehtiyacı olduğunu söyləyirdi”.

 

Hüseyn Rövnəqi Məleki 10 aydır Tehranın Evin zindanında saxlanır. Bu ay Tehran məhkəməsi onu İran İslam Respublikasının təhlükəsizliyinə qarşı çıxmaqda, dövlət quruluşu əleyhinə təbliğat aparmaqda təqsirli bilərək 15 il müddətinə azadlıqdan məhrum edib. Hüseyn Rövnəqi Məleki öz bloqunda yazılarını “Babək Xürrəmdin” təxəllüsü ilə yazırdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar