SON XƏBƏRLƏR

Çilidə şaxtaçılar xilas edilir

2021.10.20, 07:36
Çilidə şaxtaçılar xilas edilir

Gunaz.tv

GünAzTv: Çilidəki San Xose şaxtasında iki ay davam etmiş qazıntı işlərindən sonra, 33 şaxtaçının xilası əməliyyatı son mərhələyə daxil olub.

Artıq xilasedicilər ilk 5 şaxtaçını yerin altından üstə çıxara biliblər.

Bu hadisə səhnəyə toplaşanlar tərəfindən alqışlarla qarşılanıb.

GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Quyudan ilk olaraq Florencio Avalos çıxarılıb.

2 aya qədər yerin altında qalmış şaxtaçını onun ailəsi və Çili prezidenti Sebastian Pinera qarşılayıblar.

Üstə çıxarılanlar arasında eləcə də yeganə Boliviya vətəndaşı Carlos Mamani və ən gənc şaxtaçı Jimmy Sanchez də var.

Xilasetmə işlərinin uğurlu akkordunu qeyd edən Çili prezidenti Sebastian Pinera xilasedicilərin nailiyyətini və çaxtaçıların xilasedilməsini əfsanə gerçək adlandırıb.

Rəsmilərin sözlərinə görə, orta hesabla hər saatdan bir 1 şaxtaçı yerin altından üstə çıxarılır.

Şaxtaçılar quyudan polad kapsul vasitəsi ilə qaldırılır.

Şaxtadan çıxarılacaq son adamın 54 yaşlı Luis Urzua olacağı gözlənilir. Ursua qəzadan sonrakı 17 gun ərzində, tam təcrid şəraitində şaxtaçılara rəhbərliyi öz üzərinə götürmüşdü. Həmin günlərdə şaxtaçılar 48 saata nəzərdə tutulmuş ərzaq məhsulları ilə iki həftədən çox dolana bilmişdilər.

Ağ Evdə Amerika prezidenti Barak Obama deyib ki, o və xalqı şaxtaçıların sağ-salamat xilas edilməsinə dua edir. Obama deyib ki, Amerikalı ekspertlərin xilasetmədə iştirakıyla fəxr edir.

Çili prezidenti Sebastyan Pinera əməliyyatların son mərhələsinə nəzarət edir. O deyib ki, Çili üçün faciə kimi başlayan bu əhvalatın, xoşbəxt bitəcəyinə ümid edir. O deyib ki, həm şaxtaçılar həm də Çili bu hadisədən sonra tamamilə dəyişəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar