SON XƏBƏRLƏR

“Traxtur-Neft” müsabiqəsində tutulan soydaşlarımız barədə yeni xəbər

2021.10.20, 07:36
“Traxtur-Neft” müsabiqəsində tutulan soydaşlarımız barədə yeni xəbər

Gunaz.tv

GünAzTv: Təbrizin Səhənd stadyomunda (stadion) “Traxtur”-la Tehranın “Neft” komandaları arasında keçirilən futbol müsabiqəsində yaxalanan soydaşlarımızın 6-nin kimliyi məlum olub.

 

İran Təhlükəsizlik Qüvvələri tərəfindən tutuqlanan soydaşlarımızın adları və mənsub olduqları şəhərlər bunlardan ibarətdir:

 

1)   Mehdi Qulabi – Ərdəbil

2)   Rəhim Qulabi – Ərdəbil

3)   Həsən Xoy Uşağı – Xoy

4)   Vəli Roşəni Nəzəryan – Şəbistər

5)   Behnam Nurməhəmmədi – Şəbistər

6)   Həmid Haşimi – Təbriz

 

Xatırladaq ki, “Traxtur” komandasını təşviq etdiklərinə görə yaxalanan soydaşlarımız bir gün Təbrizin Saib Xiyabanındakı ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) bölməsində saxlanıldıqdan sonra Təbrizin mərkəzi zindanına köçürülüblər.

 

Məhkəmə hakimi Haşimzadə isə tutuqlanan “Traxtur” tərəfdarlarının ailəsinə onlarla görüşmə icazəsi verməyib.

 

Onlar oktyabr ayının 10-da (Mehrin 18-i) Təbrizin “Traxtur” futbol komandası ilə Tehranın “Neft” taxımı arasında keçirilən müsabiqə bitdikdən sonra tutuqlanıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar