SON XƏBƏRLƏR

PKK "Rusiya mafiyası"-dan da yardım alır!

2021.10.20, 07:36
PKK "Rusiya mafiyası"-dan da yardım alır!

Gunaz.tv

GünAzTv: PKK yaraqlılarını silahlandıranlar arasında "Rusiya mafiyası" da var. bunu rusiyalı jurnalist Sergey Kanayev Türkiyə KİV-nə müsahibəsində bildirib. Bu barədə Milli.Az xəbər portalı Rusiya mətbuatına istinadən xəbər yayıb. Onun sözlərinə görə, Rusiyanın mafiya strukturlarının kürd yaraqlıları ilə sıx əlaqəsi var və bu qüvvələr yaraqlıların silahlandırılmasında böyük rol oynayır. "Rusiya mafioziləri tərəfindən göndərilən silah-sursat PKK-ya müxtəlif qanunsuz yollarla çatdırılır" - deyə Kanayev bildirib. O, bu qüvvələrin PKK-ya silah-sursat verdiyini əks etdirən sənədləri şəxsən gördüyünü söyləyib. Jurnalist hazırda bu işdə əsas rolun bu günlərdə güllələnmiş, lakin qatilin səhvi üzündən sağ qalmış "qanuni oğru" Aslan Usoyana ("Ded Xasan") məxsus olduğunu da bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar