SON XƏBƏRLƏR

“Traxtur” müsabiqəsində yaxalanan iki Ərdəbilli soydaşımız məhkəməyə göndərildi

2021.10.20, 07:36
“Traxtur” müsabiqəsində yaxalanan iki Ərdəbilli soydaşımız məhkəməyə göndərildi

Gunaz.tv

GünAzTv: “Traxtur-Neft” komandalarının oktyabr ayının 10-da (Mehrin 18-i) Təbrizin Səhənd stadyomunda (stadion) keçirilən müsabiqəsi zamanı tamaşaçılar qismində iştirak edən iki Ərdəbilli soydaşımız yaxalanıblar.

 

Mehdi Qulabi Ərdəbili və Rəhim Qulabi Ərdəbilli adlı qardaşlar müsabiqə bitdikdən sonra tutulublar.

 

Onlar özləri ilə “Qocaman savalan sənə dayaqdır – Qızıl Bayraq Traxtur” yazılı parça gətirib və “Traxtur” komandasını təşviq ediblər.

 

ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları Ərdəbilli qardaşlarını “Tamaşaçıları təhrik və ümumi zehniyyəti təşvişə salmaq” ittihamı ilə məhkəməyə göndəriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar