Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
GünAzTv: Bu dəfə ki, müsahibimiz türk dünyasının tanınmış qruplarından olan “Savalan” mistik qrupunun bədii rəhbəri, Azərbaycan Akademik və Opera Balet Teatrının aktyoru Novruz Novruzludur. Onun Günaz.tv-nin Mətbuat Mərkəzinə verdiyi Eksklüziv müsahibəsini təqdim edirik:
- Oxucularımıza qısada olsa “Savalan” qrupu haqqında məlumat verəsiniz.
- “Savalan” qrup 1990 ci il 20 yanvar faciəsindən sonra yaranıb. Əslində, qrup ondan da əvvəl fəaliyyət göstərirdi. O, zaman İsaak Ozanoğlu qrupa rəhbərlik edirdi. Və o, məni qrupa dəvət etdi. Onda Həlimə xanım, Fəxrəddin bəy yox idi. Qrupun 13-14 nəfər üzvü var idi. Sonradan müəyyən səbəblər üzündən qrup fəaliyyətini dayandırdı. Sonra da İsaak bəy Almaniya getdi və bizə dedi ki, özünüz fəaliyyət göstərin. Ondan sonra biz həvəskar olaraq ruhumuzu, mənəvi dünyamızı sakitləşdirmək üçün öz aramızda ifa edərdik. Ancaq gözləmirdik ki, qrup belə bir səviyyə gəlib çatsın. Çünki qrupun yaranmasında maddi təmənna olmayıb, sırf daxili dünyamızı rahatlaşdırmaq, ruhun istəyindən yaranan bir qrup olub. Gözləmirdik ki, qrup bu belə səviyyədə tanınsın. Onu da qeyd edib ki, qrupun belə tanınmasında, ictimaiyyətləşməsində mediamızın böyük rolu olub və bir daha sizin vasitənizlə dəyərli jurnalistlərimizə öz təşəkkürümü çatdırmaq istərdim.
-Bu gün ölkədə bir çox musiqi qrupları fəaliyyət göstərir və “Savalan” ını bu, fərqləndirən cəhətlər hansılardır?
-Qrupun fəlsəfəsində böyük türk islam alimi Yunus İmrənin bir müqəddəsi sözü ilə desək: “Elm, Elm deməkdir, Elm Kəndini bilməkdir, Sən kəndini Bilməzsən, Bu neçə oxumaqdır”. Savalanı digər qruplardan fərqləndirən əsas amil, qrupun fəlsəfəsi insana, onun mənəvi-ruhi dünyasına söykənir. Məsələn, mən, daimi olaraq qrupla mənən təmizlənməyə cəhd edirəm. Çünki insan o zaman yaşayır ki, onun sözünün təsir qüvvəsi olsun. İnsan ruhu saflaşdıqca onun cəmiyyətə də təsir imkanları geniş olur. Bu gün bizim qrupa ilahi qrup deyirlər. Yox, bu elə deyil. Savalanın fəlsəfəsi insanın daxili mənəviyyatına söykənir.
-Hazırda ölkədə “Savalan” kimi insan mənəviyyatına söykənən belə bir qrup fəaliyyət göstərirmi?
-Dini qruplar var. Amma bizim qrup kimi fəaliyyət göstərəni yoxdur. Bu yaxınlarda dostum da mənə bildirdi ki: ”Novruz bəxtiniz onda gətirib ki, nə yaxşı sizin qrup təkdir. Yoxsa, hər gün qalmaqallardan başınıza aça bilmərdiniz”. İndi bilirsiniz ki, şou aləmi hansı vəziyyətdədir. Təhqirlərlə dolu mühütdə insan mənəviyyatına xidmət edəcək işlər görmək çətindir. Məhz, başımızı aşağı salıb, öz yolumuzla gedirik.
-Fikirlərinizdən aydın olur ki, “Savalan” qrupu islam və türklük sintezindən yaranan bir qrupdur...
-Bəli, Belə də demək olar. Yuxarı da qeyd etdiyim kimi qrupun ana fəlsəfəsi əsasən insan mənəviyyatı söykənir. Əgər, bu gün İnsan mənəviyyatı zəngindirsə, hər gün etdiyi əməllərə görə özünə suallar verməyi bacarırsa, o insanda mütləq vətənsevərlik, ruhsallıq, torpağa bağlılıq güclü olacaq. Tarix boyu türkün ruhu güclü olub.
-İndiyə qədər qrup olaraq hansı ölkələrdə olmusunuz və qrupun ifası neçə qarşılanıb?
-Çox gözəl qarşılanıb. Dünya Azərbaycanlıları Konqresinin xətti ilə 2003 cü ildə Hollandiyada keçirilən qurultayında iştirak etmişik. Bir neçə dəfə qardaş Türkiyədə mövlanə tədbirlərinə dəvət olunmuşuq. Səlcuq Universitetinin rektorunun dəvəti ilə Konyada olduq. Sonra bu yaxınlarda dəyərli soydaşımız, dostumuz Əhməd Obalının dəvəti ilə Güney Azərbaycan Televiziyasının (GünAz) yaranmasının 5 illiyi münasibəti ilə Amerikaya dəvət edildik.
Pakistanda tədbirdə iştirak etdik və tədbirlə bağlı buraxılan kitabda Azərbaycanın adı yazıldı. Çoxlu təkliflər olub maddi çətinlikdən dəvət olunan tədbirlərdə iştirak edə bilməmişik.
-Hal-hazırda parçalanmış millət şüurunu, belə desək ideya xəttini musiqimizə gətirə bilmişikmi?
-Çox təəssüf ki, bu sualla cavabım mənfi olacaq. Onu da deyim ki, milli şüuru ilk öncə insan öz mənəviyyatında, ruhunda yaratmalıdır. Çünki insan bütöv olursa, onun düşüncələri də cəmiyyətə yansayır. Hazırda milli musiqimizdə boşluq var. Bunun səbəbini obyektiv və subyektiv amillərlə bağlamaq olar. Bəlkə də bunu maddi səbəblərlə bağlamaq olar. Bu boşluğu bayağı mahnılarla doldurmaq olmaz. Musiqi bir başa olaraq millətin mənəviyyatına təsir edir və onun millət kimi formalaşmasında rol oynayır. Gərək bu məsələlərdə sistemli iş ortaya qoyulmalıdır. Bu gün vətənpərvərlik mövzusunda böyük boşluq var.
-Bu gün ziyalılarımızın ən çox şikayətləndiyi məqamlardan biri də bayağı musiqilərimizin çoxalmasıdır. Xüsusilə, insan mənəviyyatına təsir edən bayağı musiqilərin sürətlə ictimai düşüncəyə mənfi təsirləri genişlənməkdədir. Bir incəsənət xadimi olaraq bunun qarşısını almaqda hansı yolları göstərirdiniz?
-Görünür belə musiqilərə tələbat olduğuna görə, sifariş olunur. İqtisadiyyatda belə bir söz var: “Tələb təklifi doğrurur”. Olmasaydı belə musiqilər yaranmazdır. Hiss olunur ki, insanlarımız, cəmiyyətimiz yorulub. Mən bunu günahını Mədəniyyət Nazirliyində görmürəm. İndi bazar iqtisadiyyatı dövrü olduğu üçün müğənni hansısa bir kanala pulunu verir, öz ifasını səsləndirir. Buna görə də pulun hesabına belə mahnılar dövriyyə buraxılır. Ancaq zamanla belə mahnılar öz təsir imkanlarını itirib tarixin arxivinə gömüləcək.
-Maraqlı olan odur ki, cəmiyyətimizin buna qarşı müqavimət imkanı yoxdur. Sizcə, bu, niyə belədir?!
-Məncə, bu gün bizim cəmiyyət etinatsızlaşıb, açıq desək burada biganəlik də görünür. Bu yaxınlarda respublikanın baş psixiatrı da televiziyaların birin də maraqlı açıqlamasına bildirdi ki, insanların psixi durumunda gərginlik var. İnsanlar arasında bir əsəb, normal münasibət qurmaq məsələsi çətinləşib. Mən əsas da bunu biganəliklə bağlayırdım. Gərək, insan sınmamalıdır. İçində vətən, millət sevgisi olan şəxs güclü olmalıdır. Burada yenə də insan faktoruna dayanırıq. Tarixən millətimizin milli düşüncəsini məhv etmək geniş bir plan həyata keçiriblər. İran və Rusiya tərəfindən yol göstərənlərimiz, başbilənlərimiz müxtəlif yollarla aradan götürülüblər. İndi belə bir vəziyyət yaranıb. Tarixin siyasi-ictimai təlatümləri millətimizin yaddaşında acı bir iz buraxıb.
Nəzərə alsaq ki, musiqi insanın yaddaşın böyük iz qoyur və birbaşa olaraq insanın formalaşmasına təsir edir. Nə vaxtsa Fransada belə bir vəziyyət yaranmışdı, dövlət səviyyəsində bir plan ortaya qoyuldu. Öz milli musiqilərini geriyə qaytara bildilər. Götürək qardaş Türkiyəni. Neçə yüz ildir ki, Türkiyəni ayaq üstə saxlayan onun ozanlarıdır. Qlobollaşan dünyamızda milli mənəvi dəyərlərimizi qoruyub saxlamalıyıq.
-Bildiyiniz kimi ölkəmizdə son illlər saza, muğama diqqət artıb. Beynelxalq əhəmiyyətli tədbirlər keçirilir, bu sahədə böyük inkişaf hiss olunur.
- Sizə onu səmimi deyim ki, muğamın inkişaf etməsində səmimi Mehriban xanımın xidmətləri sayəsində gerçəkləşdi. Çünki muğamın yaşaması, millətin yaşaması deməkdir. Bilmirəm bu sözü demək nə qədər düzgün olar. Mən iki dəfə Mehriban xanıma məktub yazmışam. Bildiyimiz qədər Mehriban xanım təsəvvüf elminə böyük önəm verir. Rəhmətlik professor Aida xanım İmanquliyeva bu sahənin gözəl tədqiqatçısı olub. Nədənsə, məktubuma cavab verən olmadı. Ola bilər ki, məktub çatmayıb. Nəzərə almaq lazımdır ki, bizim qrup bilvasitə bu sahə ilə məşğul olur.
-Bu gün dövlət səviyyəsində Sizə olan münasibət necədir?
-Ara-sıra dövlət tədbirlərinə dəvət olunurduq. Sonradan nədənsə unudulduq. Bizim qrup şuo-aləmindən uzaq olduğu üçün, səs-küy salmaqla aramız yoxdur. Düşünürəm ki, nə vaxtsa bizim əməyimiz qiymətləndiriləcək.
-Novruz bəy, təşəkkür edirik dəyərli vaxtiniz bizə ayırıb suallarımızı cavablandırdığınız üçün və gələcək işlərinizdə uğurlar arzu edirik.
-Məndə GünAz televiziyasına və onun dəyərli əməkdaşlarına öz təşəkkürümü çatdırıram ki, sözün əsl mənasında Azərbaycanın bütövləşməsinə xidmət edirlər. Tanrı Sizlərə bu yolda yar olsun!
Söhbətləşdi: Elnur Eltürk
P.S: Sonda onu qeyd edək ki, oxucularımız qrup haqqında ətraflı məlumat almaq istəsələr savalan.us saytına daxil ola bilərlər.
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko