SON XƏBƏRLƏR

Rəsmi Tehran müzakirələrə hazır olduğunu bəyan edib

2021.10.20, 07:36
Rəsmi Tehran müzakirələrə hazır olduğunu bəyan edib

Gunaz.tv

GünAzTv: İran BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniyadan ibarət olan altılıq ölkələri ilə nüvə məsələsində müzakirələrə hazır olduğunu bəyan edib.

 

İran xarici işlər naziri Mənuçehr Mottəki sözügedən müzakirələrlə bağlı çıxışında bildirib ki, oktyabrın sonu və ya noyabrın əvvəlləri danışıqlara başlanılması üçün uyğun zamandır.

 

Mottəki müzakirələrin dəqiq tarixinin müəyyənləşdirilməsi üçün tərəflər arasında görüşlərin davam etdiyini deyib. İran xarici işlər naziri görüşlərin yerinin və səviyyəsinin daha sonra açıqlanacağını söyləyib.

 

Qeyd edək ki, Rəsmi Tehran müzakirələrə başqa dövlətlərin də qatılması təşəbbüsünü irəli sürüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar